Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-260/2021 30.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis X3 Bölməsinin polis sahə rəisi, polis leytenantı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Yevlax Rayon Polis Şöbəsində tərtib olunmuş iş materialları xx xxxx 2021-ci il tarixdə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 18:30 radələrində qonşusu X2 təhqir etmiş və bıçaqla hədələmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulmuş xuliqanlıq inzibati xətasını törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin polis sahə rəisi X4 çıxış edərək bildirmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 18:30 radələrində qonşusu X2 təhqir etmiş və bıçaqla hədələmişdir. X5 ərizəsi əsasında Yevlax rayon polis şöbəsinin təhqiqat bölməsində araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığından materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında vermiş olduğu izahatında bildirmişdir ki, X8 onun qonşusudur və ailələri arasında mütamadi olaraq mübahisələri olur. xx xxxxxx 2020-ci il tarixdə küçədə yenə mübahisələri olmuşdur və əsəbləşərək səs-küy salmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir və qərarın surəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati icraat başlanması üçün Yevlax RPŞ-nin İTB-yə göndərilmişdir; xx xxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 18:30 radələrində qonşusu X2 təhqir etmiş və bıçaqla hədələmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Bununla belə, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işi başlanmasının rədd edilməsi və ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materiallarından görünür ki, Şəxs istinad edilən inzibati xəta xx xxxxxx 2020-ci il tarixdə törədilmiş, cinayət işinin başlanmasının rədd edilməsi haqqında təhqiqatçının qərarı isə xx xxxxxx 2020-ci il tarixdə qəbul edilmişdir. Lakin Şəxs barəsində toplanmış material üzrə protokol tərtib edilərək məhkəməyə vaxtında göndərilməmiş qanunvericiliyə zidd olaraq 3 ay keçdikdən sonra protokol tərtib edilərək Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə görə inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-cı maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Məsuliyyətə cəlb etmə müddəti başa çatdığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-260/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-260/2021
30.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver