Məhkəmə qərarları › İş №3(039)-262/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-262/2020

27.04.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-262/2020 27.04.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərər çəkmiş şəxs X1 İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X5 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxxx 2020-ci il tarixdə MJəhərrəmova Ruhiyyə Məhərrəm qızını yaşadıqları evdə ailə münaqişəsi zəminində döymüşdür. Bununla da, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Yevlax rayon polis şöbəsinin TB-nin xx xxxxx 2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Şəxs barəsində toplanmış materialda cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X6 izah etdi ki, ünvan 1 ünvanında yaşayan X2 xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidməti- X7 zəng edərək və Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək qardaşı Şəxs tərəfindən döyüldüyünü bildirməsi barədə Yevlax Rayon Polis Şöbəsində Təhqiqat Bölməsində araşdırma aparılmışdır. Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin xx xxxxx 2020-ci il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Yevlax RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ünvan 1 ünvanında yaşayan ailə üzvləri ilə birlikdə yaşayır. xx xxxx 2020-ci il tarixdə bakı şəhərində yaşayan bacısı Ruhiyyə Məhərrəmova onlara qonaq gəlmişdir. xx xxxx 2020-ci il tarixdə gecə saatlarında bacısı Ruhiyyə Məhərrəmova ilə aralarında mübahisə yaranmış, aralarındakı mübahisənin səbəbi telefonu cərayana qoşmaq üçün istifadə edilən naqil olduğunu, ona birinci özünün telefonu enerji yığması üçün cərayana qoşacağını bildirmiş, lakin bacısının etiraz edərək özünün birinci olaraq naqildən istifadə edəcəyini bildirmişdir. Bu zaman aralarında olan mübahisənin münaqişəyə çevrildiyini, münaqişə zamanı əsəbləşib yaşadıqları evdə birdəfə yumruqla onun başına, bir dəfə belinə və bir dəfə qoluna zərbə endirmişdir. Hazırda əməlindən peşmandır və bacısı Ruhiyyə Məhərrəmova ilə barışmışdır. Məhkəmədən əməlindən səmimi peşmançılığını və Ruhiyyə Məhərrəmova ilə barışdığını nəzərə alaraq, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X2 izah etdi ki, xx xxxx 2020-ci il tarixdə gecə saatlarında qardaşı Şəxs ilə aralarında mübahisə yaşanmış, aralarındakı mübahisənin səbəbinin telefoby cərayana qoşmaq üçün istifadə edilən naqil olduğunu, özünü ona, birinci olaraq telefonu enerji yığması üçün cərayana qoşacağını bildirmişdir. Lakin Şəxs ona etiraz edərək özünün birinci olaraq naqildən istifadə edəcəyini bildirmişdir. Bu zaman aralarında olan mübahisənin münaqişəyə çevrilmiş, münaqişə zamanı yaşadıqları evdə Şəxs bir dəfə yumruqla onun başına, bir dəfə belinə və bir dəfə qoluna zərbə endirərək xəsarət yetirmişdir. Bundan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidməti-X7 zəng edərək və Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək qardaşı Şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Hazırda Şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə ərizə təqdim edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokola əlavə edilmiş Yevlax RPŞ-nin TB-nin xx xxxxx 2020-ci il tarixli «cinayət işinin başlanması rəd edilməsi haqqında» qərarından görünür ki, Pərviz Səfiyev barəsində cinayət işinin başlanması, əməlində cinayət tərkibi olmadığından rədd edimişdir. Məhkəmə iş materiallarını araşdıraraq zərər çəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Yevlax rayon polis şöbəsinin sahə rəisi polis mayoru X5 izahatlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə zərər çəkmiş şəxs X2 məhkəmə iclasında ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını bildirmiş və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157-ci və 158-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda başlanmış icraata xitam verilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: xx xxxxxx 1999-cu ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri C.Kərimov küçəsi ev 94-də yaşayan Şəxs oğu xx xxxxx 2020-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokola əsasən törətdiyi inzibati xətaya görə Azərbaycan Respubilkası İXMnin 157-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə, ŞəkiApellyasiya Məhkəməsinəapellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar