Məhkəmə qərarları › İş №3(039)-265/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-265/2020

29.04.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-265/2020 29.04.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Məhkəməyə təqdim edilmiş protokolda qeyd olunur ki, Şəxs xx xxxxx 2020-ci il tarixdə saat 15:30 radələrində Yevlax şəhəri Firdovsi küçəsində ucadan səs-küy salaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru Şahin Fətullayev bildirdi ki, xx xxxxx 2020-ci il tarixdə saat 15:30 radələrində Yevlax şəhəri, Firdovsi küçəsində Yevlax Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Faiq Allahverdiyev iki nəfər şəxsin ucadan səs-küy salaraq ünvansız küçə söyüşləri söydüyünü görüb onlara yaxınlaşaraq özünü təqdim edərək onları nizamintizama dəvət etmişdir. Lakin həmin şəxslər polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirdikləri üçün polis leytenantı Faiq Allahverdiyev tərəfindən polis şöbəsinə gətirilmişdir. Polis Şöbəsində məlum olmuşdur ki, onlar Yevlax şəhər sakinləri X5 və Şəxsdur. Bundan sonra Yevlax Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis leytenantı X3 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailə üzvləri ilə birlikdə Yevlax şəhəri, Xəqani küçəsi, ev 39-da yaşayır. İİci qrup əlildir. xx xxxxx 2020-ci il tarixdə saat 15:30 radələrində Yevlax şəhəri, Firdovsi küçəsində ucadan səs-küy salaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Polis əməkdaşları onu nizam-intizama dəvət edib, bundan əsəbləşrərk ucadan səs-küy salmış və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan sonra polis əməkdaşları onu məcburi qaydada polis şöbəsinə aparmışlar. Hazırda səhvini başa düşür, polis əməkdaşından üzr istəmişdir və əməlindən səmimi olaraq peşmançılıq çəkir. Məhkəmədən əməlindən səmimi peşmançılığını, İİ qrup əlil olmasını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Yevlax Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Faiq Allahverdiyev məhkəmə iclasında şahid qismində dindirilərkən izahatında bildirdi ki, xx xxxxx 2020-ci il tarixdə saat 15:30 radələrində Yevlax şəhəri, Firdovsi küçəsində iki nəfər şəxsin ucadan səs-küy salaraq ünvansız küçə söyüşləri etdiyini görüb onlara yaxınlaşıbözünü təqdim edərək onları nizam-intizama dəvət etmişdir. Lakin həmin şəxslər polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirdikləri üçün onun tərəfindən polis şöbəsinə gətirilmişdir. İşdə olan xx xxxxx 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs həmin tarixdə 15:50-də inzibati qaydada tutulmuşdur. İşəəlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 019571 saylıəlillik vəsiqəsinin surətindən məlum olur ki, Şəxs İİ-ci qrup əlildir. Azərbaycan Respublikası İXM-nin 28.4 və 30.2-ci maddələrinə əsasən inzibati xəta tənbehi ictimai işlər və inzibati həbs İİ qrup əlillərə tətbiq edilə bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahid polis leytenantı Faiq Allahverdiyevin, Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru Şahin Fətullayevin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti, əməlindən səmimi peşmançılıq çəkməsi və inzibati xətanın xarakteri nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsi və İİ qrup əlil olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini, mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun əməlindən səmimi peşmançılıq çəkməsini, İİ qrup əlil olmasını və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : xx xxxxxx 1985-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri, Xəqani küçəsi ev 39-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar