Məhkəmə qərarları › İş №3(039)-266/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-266/2021

31.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-266/2021 31.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X3 Bölməsinin polis sahə rəisi, polis leytenantı X2, Barəsində xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs-xx.xx.1986-cı ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən,Yevlax şəhəri C.Mustafayev küçəsi 106, ev 3-də yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunan protokolda qeyd olunur ki, Şəxs xx xxxx 2021-ci il tarixdə saat 21:05 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxənasında sərxoş vəziyyətdə ucadan səsküy salaraq ünvansız küçə söyüşləri söymüşdür. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı pozan xırda xuliqanlıq inzibati xətasını törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis leytenantı İlqar Məmmədrzayev bildirmişdir ki, xx xxxx 2021-ci il tarixdə saat 21:05 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasının qəbul şöbəsinin dispetceri E.Abbasova Yevlax Rayon Polis Şöbəsinin 33-6-45-02 saylı nömrəsinə zəng edərək, özünü qazi kimi təqdim edən İlkin adlı bir nəfər şəxsin Rayon Mərkəzi Xəstəxanasına sərxoş vəziyyətdə gələrək ucadan səs-küy salaraq ünvansız küçə söyüşləri edərək iş saatını pozması, işçiləri söyüb təhqir etməsi barədə məlumat vermişdir. Bundan sonra Yevlax Rayon Polis Şöbəsinin məsul növbətçisi, polis mayoru Ülvi Əsədov raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırılma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, xx xxxx 2021-ci il tarixdə saat 21:05 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən mənzildə pivə içib Yevlax Rayon Mərkəzi Xəstəxanasına getmiş və orada ucadan səs-küy salmışdır. Ailəlidir, himayəsində 2 az yaşlı uşaqları var. Atası birinci Qarabağ müharibəsində şəhid olmuş, özü isə 2-ci Qarabağ müharibəsində iştirak etmiş və yaralanmışıdr. Törətdiyi inzibati xətadan peşmandır. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, Yevlax Rayon Polis Şöbəsinin məsul növbətçisi, polis mayoru Ülvi Əsədovun xx xxxx 2021-ci il tarixli raportu və polis sahə rəisi, polis leytenantı X4 tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. İşdə olan xx xxxx 2021-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə xx xxxx 2021-ci il tarixdə saat 21:30-dan inzibati qaydada tutulmuşdur. İşdə olan 46 №-li, xx xxxx 2021-ci il tarixli alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs xx xxxx 2021-ci il tarixdə yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşmançılıq çəkməsini, şəhid ailəsi və müharibə iştirakçısı olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən halları nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar