Məhkəmə qərarları › İş №3(039)-269/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-269/2021

01.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-269/2021 01.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X4 Bölməsinin polis sahə rəisi, polis leytenantı X3, Barəsində xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, Şəxs-xx.xx.1977-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri 32-ci məhəllə bina 3, mənzil 13-də yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunan protokolda qeyd olunur ki, Şəxs xx xxxx 2021-ci il tarixdə ünvan 1 ünvanında yaşayan X1 təhqir etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı pozan xırda xuliqanlıq inzibati xətasını törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis leytenantı İsmayıl Cəfərzadə bildirmişdir ki, xx xxxx 2021-ci il tarixdə saat 11:37-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətindən operator ********* saylı məlumatı verərək bildirmişdir ki, Yevlax şəhəri 32-ci məhəllə ev 3, mənzil 13-də yaşayan X7 ***-***-**-** nömrəsindən zəng edərək, aldığı ərzaqları səbətlə yaşadığı binaya qaldırarkən, alt qonşu Aytəkin adlı şəxs aldığı ərzaqları səbətdən yerə atmış, ərzaqları yararsız hala salmış, bunu mütəmadi etməsi barədə məlumat vermiş və Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Bundan sonra Yevlax Rayon Polis Şöbəsinin məsul növbətçisi, polis mayoru X15 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs izahatı alınmış və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, ünvan 2 ünvanında yerləşən qardaşı Ceyhun Abbasovaya məxsus evdə bir aydır ki, ailəsi ilə birlikdə yaşayır. xx xxxx 2021-ci il tarixdə saat 11 radələrində qonşuluqda yaşayan Aytəkin Hüseynova və oğlu Sadiq Hüseynov qardaşı arvadı Nadirə Abbasova ilə mübahisə etmiş, lakin o, heç kimi söyüb təhqir etməmişdir. Sadiq Hüseynov onu nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Məhkəmə iclasında X6 şahid qismində ifadə verərək bildirmişdir ki, ünvan 3 ünvanında yaşayır. Üst qonşusu Nadirə Abbasova eyvanlarının önünə aşağıdan yük qaldırmaq üçün qaldırıcı quraşdırmışdır. xx xxxx 2021-ci il tarixdə saat 11 radələrində Nadirə Abbasova 5-ci mərtəbəyə yük qaldıran zaman həmin yük onların eyvanının günlüyünə toxunub zədələdiyi üçün aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Nadirə Abbasovanın evində yaşayan baldızı Şəxs onu və ailə üzvlərini nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Şəxs barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında X8 şahid qismində ifadə verərək bildirmişdir ki, o, Yevlax şəhəri 32ci məhəllədə yerləşən 3 saylı binanın 5-ci mərtəbədə yaşayır və yük qaldırmaq üçün eyvanına yüngül 10-15 kq əl roliki quraşdırmışdır. xx xxxx 2021-ci il tarixdə saat 11 radələrində uşağının etdiyi bazarlığı qaldıran vaxt onun barısından 1 metr məsafədən gedən ipi Sadiq Hüseynovun anası Aytəkin Hüseynova əli ilə çəkib tutaraq etdiyi bazarlığı yerə atmışdır. Bundan sonra Aytəkin Hüseynova və oğlu Sadiq Hüseynov onun ünvanına nalayiq söyüşlər söyüb onu təhqir etmişlər. Məhkəmə iclasında X10 şahid qismində ifadə verərək bildirmişdir ki, Nadirə Abbasova onun üst qonşusudur. Onun heç kəslə, o cümlədən qonşuları Nadirə Abbasova və Ceyhun Abbasovla ədavəti yoxdur. Nadirə Abbasovanın onun haqqında etdiyi şikayət ərizəsi ilə tanış olmuş, lakin şikayət ərizəsi ilə razı deyil. O, heç kimi söyüb təhqir etməmişdir. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri şahid ifadələri, polis sahə rəisi, polis leytenantı İsmayıl Cəfərzadə tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən halı nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar