Məhkəmə qərarları › İş №3(039)-269/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-269/2022

07.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-269/2022 07.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri Q.Əşrəfbəy küçəsi ev 10-da yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 07 mart 2022-ci il tarixdə səhər saatlarında Yevlax şəhəri Q.Əşrəfbəy küçəsində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis leytenantı İsmayıl Cəfərzadə bildirmişdir ki, yevlax şəhəri Q.Əşrəfbəy küçəsi ev 10-da yaşayan X6 oğlu Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə zəng edərək oğlu Şəxs yaşadıqları küçədə ucadan nalayiq ifadələr işlədərək səs-küy salaraq qonşusu Sərcan Həsənova ilə münaqişə yaratdığını bildirmiş və onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Bundan sonra Yevlax Rayon Polis Şöbəsinin məsul növbətçisi, polis mayoru X7 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, həmin şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, 07 mart 2022-ci il tarixdə səhər saatlarında yaşadıqları küçə ilə gedərkən Sərcan Həsənova və anası ilə qarşılaşmış, bu zaman həmin şəxslər onun valideynlərini söyüb təhqir etdiyinə görə onlara qarşı nalayiq ifadələr işlətmişdir. Həmin vaxt səs-küyə qonşular və onun valideynləri küçəyə çıxmışlar. Məhkəmə iclasında İsmayıl İsmayılov şahid qismində ifadə verərək bildirmişdir ki, Şəxs onun oğludur. 07 mart 2022-ci il tarixdə səhər saatlarında Yevlax şəhəri Q.Əşrəfbəy küçəsində oğlu Şəxs qonşuluqdsa yaşayan Sərcan Həsənovla aralarında yaranmış mübahisə zamanı bir-birlini ucadan nalayiq ifadələrlə söyüb təhqir etdiyinə görə bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə zəng edərək bu barədə məlumat vermişdir. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, şahid ifadəsi və işin digər materialları ilə tam təsdiq edilmişdir. İşdə olan 07 mart 2022-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 07 mart 2022-ci il tarixdə saat 06:45-dən inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin tətbiqini kifayət saymayaraq inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 5 (beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs tutulduğu vaxtdan, yəni 07 mart 2022-ci il tarixdən saat 06:45-dən hesab edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar