Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-27/2021 08.01.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X2 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx xxxxxx 2020-ci il tarixdə Yevlax şəhəri, H.Aslanov küçəsi, 28 A nömrəli evdə yeznəsi Zərərçəkmiş şəxs döymüşdür. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X3 izah etdi ki, xx xxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, yeznəsi Şəxs onu yaşadığı evdə döyərək xəsarət yetirdiyini bildirmiş və onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Yevlax RPŞ-nin TBnin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət hadisəsi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Yevlax RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, Zərərçəkmiş şəxs onun bacısının əridir. Zərərçəkmiş şəxs Rusiya Federasiyasında yaşadığı üçün evini ona həvalə etmişdir və Əhmədə məxsus evdə o, uzun müddət yaşamışdır. Zərərçəkmiş şəxs Rusiyadan qayıtmış və evdə onun qaldığı müddətdə xeyli qaz və su pulunun yığıldığını bilmişdir. Bu səbəbdən xx xxxxxx 2020-ci il tarixdə Əhmədin yaşadığı evdə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı bir dəfə yumruqla Əhmədi vurmuşdur. Hazırda Əhməddən üzr istəmiş və onunla barışmışdır. Törətdiyi əməldən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi peşmançılığını və Zərərçəkmiş şəxsla barışdığını nəzərə alaraq, iznibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izah etdi ki, Şəxs onun qaynıdır. Uzun müddət Rusiya Federasiyasında yaşadığı üçün evini qaynı Şəxs həvalə etmişdir. Niyazi on il yaxın ona məxsus evdə yaşamışdır. Təxminən bir il bundan əvvəl Rusiyadan qayıtmışdır. Niyazinin evdə qaldığı vaxtda xeyli qaz və su pulunun yığıldığını görmüşdür. Borca görə qapısına gələn qaz işçisini Niyazinin yanına aparmışdır. Niyazi razılaşaraq qaz pulunu ödəyəcəyini bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə evlərində olan zaman Niyazi onlara gəlmiş və səs-küy salıb nalayiq ifadələr işlətmişdir. Niyaziyə irad bildirən zaman Niyazi onunla mübahisə edərək, onu yumruqla vuraraq xəsarət yetirmişdir. Bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Hazırda Şəxsla barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə ərizə təqdim edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokola əlavə edilmiş Yevlax RPŞ-nin TB-nin xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs barəsində cinayət işinin başlanması, əməlində cinayət tərkibi olmadığından rədd edimişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından məlum olur ki, MTE və PA Birliyinin Yevlax rayon Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 740 saylı rəy ilə Zərərçəkmiş şəxs bədən səthində onun travma almasını göstərən ənsə nahiyəsinin şişkinliyi, sağ körpücüküstü nahiyənin sıyrıqları məhkəmə-tibb əlamətləri aşkar edilmiş və bu əlamətlər dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Məhkəmə iş materiallarını araşdıraraq zərər çəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Yevlax rayon polis şöbəsinin sahə rəisi polis mayoru Qurban Qasımovun izahatlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmiş və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157-ci və 158-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda başlanmış icraata xitam verilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-27/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-27/2021
08.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver