Məhkəmə qərarları › İş №3(039)-270/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-270/2022

07.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-270/2022 07.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1986-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri Q.Əşrəfbəy küçəsi ev 10, mənzil 34-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 06 mart 2022-ci il tarixdə saat 19:00-da Yevlax şəhəri 31-ci məhəllədə yerləşən Daş bazarının qarşısında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla inzibati xətanı törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis leytenantı İsmayıl Cəfərzadə bildirmişdir ki, 06 mart 2022-ci il tarixdə saat 19 radələrində Yevlax rayon Polis Şöbəsinin PPXB-nin manqa komandiri, polis baş serjantı Zaur Mehdiyev, polis nəfəri, polis kiçik serjantı Arif Mustafayev və tağım komandiri, polis baş leytenantı Amin Əfəndiyevlə birlikdə xidmətdə olarkən, Yevlax şəhəri 31-ci məhəllədə yerləşən Daş bazarının qarşısında 05 mart 2022-ci il tarixdə Yevlax şəhəri T.Əzimov adına 10 nömrəli tam orta məktəbdə baş vermiş oğurluqda şübhəli olan Şəxs görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Oğurluqda şübhəli olduğunu bildirib izahatını alınması məqsədlə Şəxs polis şöbəsinə dəvət etmişlər. Lakin Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, küçədə ucadan qışqırmağa başladığına görə polis əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Bundan sonar tağım kamandiri, polis baş leytenantı Amin Əfəndizadə raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 06 mart 2022-ci il tarixdə saat təxminən 19 radələrində yaşadığı Yevlax şəhəri 31-ci məhəllədə yerləşən binanın qarşısında dayanmış, həmin vaxt polis əməkdaşları ona yaxınlaşmış, o, qorxduğundan həmin yerdən qaçmışdır. Bundan sonra polis əməkdaşları onu saxlayaraq rayon polis şöbəsinə gətirmişlər. Hazırda əməlindən peşmandır. Yevlax Rayon Polis Şöbəsinin PPXB-nin tağım kamandiri, polis baş leytenantı Amin Əfəndizadə məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, 06 mart 2022-ci il tarixdə saat 19 radələrində Yevlax rayon Polis Şöbəsinin PPXB-nin manqa komandiri, polis baş serjantı Zaur Mehdiyev, polis nəfəri, polis kiçik serjantı Arif Mustafayevlə birlikdə xidmətdə olarkən, Yevlax şəhəri 31-ci məhəllədə yerləşən Daş bazarının qarşısında 05 mart 2022-ci il tarixdə Yevlax şəhəri T.Əzimov adına 10 nömrəli tam orta məktəbdə baş vermiş oğurluqda şübhəli olan Şəxs görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Oğurluqda şübhəli olduğunu bildirib izahatını alınması məqsədlə Şəxs polis şöbəsinə dəvət etmişlər. Lakin Şəxs onların qanuni tələblərinə tabe olmayaraq, küçədə ucadan qışqırmağa başladığına görə onlar tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Bundan sonra o, raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət etmişdir. 06 mart 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs inzibati xəta törətdiyinə görə 06 mart 2022-ci il tarixdə saat 19:15-də inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib, əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, Şəxs istinad edilən inzibati xətanı törətməsi təqsiri özünün etirafı, şahid ifadəsi və işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati Xətalar Məcəlləsi: Maddə. 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən halı nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on gün) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs tutulduğu vaxtdan, yəni 06 mart 2022-ci il tarixdən saat 19:15-dən hesab edilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun Vəkil göstərdiyi 2 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar