Məhkəmə qərarları › İş №3(039)-271/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-271/2020

04.05.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-271/2020 04.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin polis mayoru X5, Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs X2 iştirakı ilə, Şəxs Azərbaycan RespublikasıİXM-nin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Məhkəməyə təqdim edilmiş protokolda qeyd olunur ki, Şəxs xx xxx 2020-ci il tarixdə saat 23 radələrində Yevlax şəhəri Q.Quliyev küçəsində ucadan səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Bununla da, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin polis mayoru X7 izah etdi ki, xx xxx 2020-ci il tarixdə saat 23:35-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidmətindən operator ********** saylı məlumat verərək bildirmişdir ki, Yevlax şəhəri, Q.Quliyev küçəsi, bina 14, mənzil 24-də yaşayan X4 ***-***-**-** nömrəsindən zəng edərək, tanımadığı şəxsin qapını döyərək nəlayiq ifadələr işlətməsindən narahat olmasını bildirib təcili polisin gəlməsini istədiyini bildirmişdir. Bundan sonra Yevlax Rayon Polis Şöbəsinin məsul növbətçisi polis mayoru X12 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs izahatı alınmış və barəsində Azərbaycan RespublikasıİXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs çıxış edərək bildirdi ki, ailə üzvləri ilə birlikdə Yevlax şəhəri, Q.Quliyev küçəsi, ev 1, mənzil 45-də yaşayır. X1 Bağırova boşandıqdan sonra onlar qeyri rəsmi olaraq birlikdə yaşamışlar, əvvəllər münasibətləri yaxşı olmuş lakin son üç aydır ki, o, rəsmi olaraq ailə qurduğu üçün Gülnarə Bağırova ilə münasibəti pisləşmişdir. xx xxx 2020-ci il tarixdə yadına düşdüyü üçün Gülnarəni görmək məqsədi ilə onun yaşadğı evə getmiş, qapını bir neçə dəfə döymüş lakin qapını açan olmamışdır. Bundan əsəbləşərək ucadan səs-küy salmışdır. Təxminən 10 dəqiqə sonra həmin yerə polis əməkdaşları gələrək onu polis şöbəsinə dəvət etmişlər. Hazırdaəməldən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X6izahatında bikdirdi ki, xx xxx 2020-ci il tarixdə saat 23 radələrində Şəxs içkili vəziyyətdə yaşadığı ünvana gələrək ucadan səs-küy salıb qapını döymüşdür. Onun səsinə qonşular etirazını bildirmiş və o, polis şöbəsinə müraciət etmişdir. Hazırda Şəxs heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinəəsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs, zərər çəkmiş X2 və Yevlax rayon polis şöbəsinin polis mayoru X5 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan RespublikasıİXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan RespublikasıİXM-in 76.1-ci maddəsinəəsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinəəsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti, əməlindən səmimi peşmançılığı və inzibati xətanın xarakteri nəzərə alınır. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan RespublikasıİXM-nin 21-ci maddəsinin tələbinəəsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan RespublikasıİXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni vəəsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, yüngülləşdirici hallar və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan RespublikasıİXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan RespublikasıİXM-in 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 1979-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Yevlax şəhəri Q.Quliyev küçəsi ev 1, mənzil 45-də qeydiyyatda olan və yaşayan Şəxs oğu Azərbaycan RespublikasıİXMnin 510-cu maddəsi ilə təqsirli bilinib, 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətindəŞəki Apellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar