Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-271/2022 09.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi ilə Yevlax rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis leytenantı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, 08.07.1983-cü il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Aşağı Qarxun kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı 07.03.2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 07.03.2022-ci il tarixdə saat 10:10 radələrində Yevlax rayonu Aşağı Qarxun kəndində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X3 çıxış edərək bildirmişdir ki, Yevlax rayon polis şöbəsinin əməkdaşları icraatda olan oğurluq işi ilə bağlı 07.03.2022-ci il tarixdə Yevlax rayonu Aşağı Qarxun kəndində yaşayan Şəxs izahatını almaq üçün getmişlər. Polis əməkdaşları kəndin mərkəzində Şəxs görüb ona yaxınlaşaraq onun kənd sakini Rüqsarə Hüseynovanın evindən oğurluq etməkdə şübhəli bilindiyini və izahatının alınması zərurətu yarandığını bildirdikdə, vətəndaş etiraz əlaməti olaraq ucadan səs-küy salaraq nalayiq söyüşlər işlətməyə başlamışdır. Bundan sonra polis əməkdaşları onu nizam-intizamlı olmağa dəvət etmişlər. Vətəndaş polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq öz əməllərinə davam etdiyi üçün, nəticədə polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmişdir. Polis şöbəsinə gətirildikdən sonra sorğu sual zamanı Şəxs Yevlax rayonu Aşağı Qarxun kənd sakini Rüqsarə Hüseynovanın evindən xırda talama etməsini etiraf etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bildiyini qeyd edərək vermiş olduğu izahatında göstərmişdir ki, o, təxminən bir ay əvvəl narkoloji dispanserdə müalicə olunaraq çıxmışdır və ondan sonra sonra çox əsəbi olmuşdur. 07.03.2022-ci il tarixdə kənd ərazisində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq Yevlax rayonu Aşağı Qarxun kənd sakini Rüqsarə Hüseynovanın evindən oğurluq olduğunu və onun izahatının alınması zərurəti yarandığını bildirdikdə o, əsəbləşərək polis əməkdaşlarına etiraz edərək səs-küy salmışdır. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də o, öz hərəkətlərinə davam etmişdir. Hazırda əməlindən peşmançılıq çəkdiyini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X4 izahatında bildirmişdir ki, o, Cinayət axtarış bölməsinin əməliyyat müvəkklili Kərim Əzimovla birlikdə icraatda olan oğurluq işi ilə bağlı 07.03.2022ci il tarixdə Yevlax rayonu Aşağı Qarxun kəndində yaşayan Şəxs izahatını almaq üçün həmin kəndə getmişlər. Onlar kəndin mərkəzində Şəxs görüb ona yaxınlaşaraq onun kənd sakini Rüqsarə Hüseynovanın evindən oğurluq etməkdə şübhəli bilindiyini və izahatının alınması zərurətu yarandığını bildirdikdə, vətəndaş etiraz əlaməti olaraq ucadan səs-küy salaraq nalayiq söyüşlər işlətməyə başlamışdır. Bundan sonra onlar həmin vətəndaşı nizam-intizamlı olmağa dəvət etmişlər. Vətəndaş onların qanuni tələblərinə tabe olmayaraq öz əməllərinə davam etdiyi üçün, nəticədə tərəflərindən saxlanılaraq şöbəyə gətirilmişdir. Polis şöbəsinə gətirildikdən sonra sorğu sual zamanı Şəxs Yevlax rayonu Aşağı Qarxun kənd sakini Rüqsarə Hüseynovanın evindən xırda talama etməsini etiraf etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı 07.03.2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 07.03.2022-ci il tarixdə saat 10:10 radələrində Yevlax rayonu Aşağı Qarxun kəndində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır; 07.03.2022-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutmaq haqqında protokoldan görünür ki, Şəxs 07.03.2022-ci il tarixdə saat 10:30-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 07 mart 2022-ci il tarixdən saat 10:30-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-271/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-271/2022
09.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver