Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-272/2022 09.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1985-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax Rayonu Kövər kəndində yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 08 mart 2022-ci il tarixdə saat 18:30 radələrində Yevlax rayonu Əkşəm kəndində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla inzibati xətanı törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis kapitanı Yunis İsmayılov bildirmişdir ki, 08 mart 2022-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Ravil Alışov və polis nəfəri, polis serjantı Eşqin Hüseynov birlikdə Yevlax rayonu Kövər kəndində xidmətdə olarkən saat 18:30 radələrində bir nəfər şəxsin sərxoş vəziyyətdə Yevlax rayonu Əkşəm kəndində yerləşən Xaldan Mingəçevir yoluna çıxaraq hərəkətdə olan avtomaşınlara qəza şəraiti yaratdığını görmüşlər. Polis əməkdaşları yaxınlaşaraq həmin şəxsi nizam intizama dəvət etmələrinə baxmayaraq öz hərəkətlərini davam etdirdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra Yevlax Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Ravil Alışov və polis nəfəri, polis serjantı Eşqin Hüseynov raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət etmişlər. Raporta əsasən tərəfindən araşdırma aparılmış və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 08 mart 2022-ci il tarixdə saat təxminən 18:30 radələrində yeyib içdikdən sonra Yevlax rayonu Əkşəm kəndində yerləşən Mingəçevir-Xaldan yoluna çıxaraq səs-küy salmışdır. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq onu nizam intizama dəvət etmiş, lakin içkili olduğundan öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra polis əməkdaşları onu saxlayaraq rayon polis şöbəsinə gətirmişlər. Hazırda əməlindən peşmandır. Yevlax Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı X3 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, 08 mart 2022-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Ravil Alışovla birlikdə Yevlax rayonu Kövər kəndində xidmətdə olarkən saat 18:30 radələrində bir nəfər şəxsin sərxoş vəziyyətdə Yevlax rayonu Əkşəm kəndində yerləşən Xaldan Mingəçevir yoluna çıxaraq hərəkətdə olan avtomaşınlara qəza şəraiti yaratdığını görmüşlər. Həmin şəxsə yaxınlaşaraq nizam intizama dəvət etmələrinə baxmayaraq öz hərəkətlərini davam etdirdiyi üçün tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra Yevlax Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Ravil Alışov və o, raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət etmişlər. Polis nəfəri, polis serjantı X5 məhkəmə iclasında şahid Eşqin Hüseynovun verdiyi ifadəni təsdiq edərək eyni məzmunlu ifadə verdi. 08 mart 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs inzibati xəta törətdiyinə görə 08 mart 2022-ci il tarixdə saat 20:00-dan inzibati qaydada tutulmuşdur. 56 №-li, 08 mart 2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktdan görünür ki, Şəxs 08 mart 2022-ci il tarixdə orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib, əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini ağırlaşdıran hal kimi nəzərə alınır. Beləliklə, Şəxs istinad edilən inzibati xətanı törətməsi təqsiri özünün etirafı, şahid ifadəsi və işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati Xətalar Məcəlləsi: Maddə. 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on gün) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs tutulduğu vaxtdan, yəni 08 mart 2022-ci il tarixdən saat 20:00-dan hesab edilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun Vəkil göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-272/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-272/2022
09.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver