Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-273/2020 05.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X2, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı xx xxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxx 2020-ci il tarixdə saat 09:10-da Yevlax şəhəri Mərkəzi Xəstaxanasında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X4 çıxış edərək bildirmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 09:10-da polis nəfərləri Yevlax şəhəri Mərkəzi Xəstaxanasında xidmətdə olan zaman Şəxs anası ilə birgə xəstaxanaya daxil olmaq istədiklərini bildirmişlər. Polis nəfərləri ona karantin rejimi ilə əlaqədar olaraq xəsatanaya tibbi maskasız girişin qadağan olduğunu bildirdikdə Şəxs və anası polisin xəbərdarlığına məhəl qoymaraq xəstaxanaya daxil olmaq istəmişdilər. Polis nəfərləri Şəxs nizamintizama dəvət etmişlər. Lakin Şəxs polis nəfərlərinin qanuni tələbinə tabe olmayaraq öz əməllərini davam etdirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək hazırda əməlindən peşman olduğunu, anasının xəstə olduğu üçün əsəbləşib bu cür hərəkətlər etdiyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in Baş Mühavizə İdarəsinin Yevlax rayon mühavizə şöbəsinin polis nəfəri, polis serjantı X3 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 09:10-da o və digər polis əməkdaşı Yevlax şəhəri Mərkəzi Xəstaxanasında xidmətdə olan zaman bir nəfər vətəndaş anası ilə birgə xəstaxanaya daxil olmaq istədiklərini bildirmişlər. Onlar həmin vətəndaşlara karantin rejimi ilə əlaqədar olaraq xəsatanaya tibbi maskasız girişin qadağan olduğunu bildirdikdə vətəndaşlardan biri onların xəbərdarlığına məhəl qoymaraq xəstaxanaya daxil olmaq istəmişdir. Onlar həmin vətədaşı nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxs onların qanuni tələbinə tabe ucadan səs-küy salmağa başlamışdır. Polis əməkdaşlarına qarşı nəlayiq ifadələr işlətmişdir. Bundan sonra həmin vətəndaş rayon polis şöbəsinə gətirilmiş və həmin vətəndaşın Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in Baş Mühavizə İdarəsinin Yevlax rayon mühavizə şöbəsinin polis nəfəri, polis serjantı X5 şahid X1 izahatına uyğun izahat verdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cimaddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin, şahidlərin izahatı eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM32.1.1), məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli xx xxx 2020-ci il tarixdən saat 13:00-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-273/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-273/2020
05.05.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver