Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-274/2021 02.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 8-ci tağımının yol patrul xidməti inspektoru, polis serjantı X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri 28 may küçəsi ev 4-də yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayındandan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 19:00 radələrində sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21099” markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax şəhərindən Bakı-Qazax avtomobil yoluna çıxıb hərəkətin əksinə olaraq Bakı şəhəri istiqamətində hərəkətə başlamış, yolun sol zolağı ilə hərəkətdə olan zaman qarşıdan gələn “DAF TE 85 XF” yük markalı, H023051 qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs yol patrul xidməti inspektoru, polis serjantı X3 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və Şəxs barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək bildirmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə saat 19:00 radələrində sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21099” markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax şəhərində hərəkətdə olarkən evə tələsdiyi üçün Gəncə şəhərindən Bakı şəhəri istiqamətində olan yola çıxaraq hərəkətə başlamış, qarşıdan gələn “DAF TE 85 XF” yük markalı, H023051 qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Özü və avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs yüngül xəsarət almışlar. Əməlindən peşman olmasını bildirərək barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlmədiyinə görə məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin YNH-ya dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş mustəntiqi, polis mayoru X4 cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxx 2021-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. İşdə olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx xxxxxx 2021-ci il tarixli izahatının surətindən görünür ki, xx xxxxxx 2021-ci il tarixdə saat 19:00 radələrində Şəxs idarə etdiyi “VAZ-21099” markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomobilin “DAF TE 85 XF” yük markalı, H023051 qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində baş vermiş yolnəqliyyat hadisəsi zamanı Şəxs və o, yüngül xəsarət almış, lakin digər avtomobilin sürücüsü xəsarət almamışdır. İşə əlavə edilmiş Canlı Şəxsin Məhkəmə-Tibb Ekspertizasının 76 №-li, xx xxxx 2021-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət-sol əlin İ qaraq sümüyünün proyeksiyasına uyğun sıyrığı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx xxxxxx 2021-ci il tarixə uyğun gəlir, yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aiddir. İşə əlavə edilmiş Canlı Şəxsin Məhkəmə-Tibb Ekspertizasının 3№-li, xx xxxx 2021-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Şəxs bədənində aşkar edilmiş xəsarət alt dodağın selikli qişasının qançırı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx xxxxxx 2021-ci il tarixə uyğun gəlir, yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aiddir. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti Alayının 8-ci taqımının yol patrul xidməti inspektoru, polis serjantı X6 oğlu tərəfindən tərtib edilmiş İXP ******* №-li, xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati Xətalar Məcəlləsi. Maddə. 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən halı nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-274/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-274/2021
02.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver