Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-276/2020 21.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Aif oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X10 Vİİİ tağım Yol patrul xidməti inspektoru, polis serjantı X4, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Ağdam rayonu, Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağdam rayonu, Qullar kəndində pasport qeydiyyatında olan və ünvan 1 mənzil 15 ünvanında yaşayan. Şəxs barəsində Azərbaycan Respublikasının 327.2 və 327.8-ci maddələri ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X10 Yol Patrul Xidməti Alayının 8-ci tağımından daxil olmuş xx xxxxx 2020-ci tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxx 2020-ci il tarixdə saat 14:10-da Bakı-Qazax yolunun 286.6-cı kilometrliyində Yevlax şəhər dairəsində idarə etdiyi “OPEL VECTRA” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtombili ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin (bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi) hallarına yol vermişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X10 Vİİİ tağım Yol patrul xidməti inspektoru, polis serjantı X6 çıxış edərək bildirmişdir ki, Şəxs xx xxxxx 2020-ci il tarixdə saat 14:10-da Bakı-Qazax yolunun 286.6-cı kilometrliyində Yevlax şəhər dairəsində idarə etdiyi “OPEL VECTRA” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtombili ilə yolayrıcı keçmə qaydalarını pozaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin hallarına yol vermişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib inzibati xətanı törətməsini etiraf etmiş, əməlindən peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxslərlə barışdığını, onlara dəymiş ziyanı ödədiyini bildirərək məhkəmədən barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında çıxış edərək,Şəxs şikayətinin olmadığını və onun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Buna görə də, məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olumuş: xx xxxxx 2020-ci tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxx 2020-ci il tarixdə saat 14:10-da Bakı-Qazax yolunun 286.6-cı kilometrliyində Yevlax şəhər dairəsində idarə etdiyi “OPEL VECTRA” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtombili ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin (bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi) hallarına yol vermişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X3 Yevlax Şəhər Şöbəsindən canlı şəxsin ekspertizasının xx.xx.2020-ci il tarixli 163 saylı rəyindən görünür ki, 1967-ci il təvəllüdlü X2 aşkar edilmiş xəsarət-aktiv və passiv hərəkətin məhdudluğu ilə müşayiət olunan sol dirək oynağının şişkiliyi və qançırı küt alətin təsirindən əmələ gəlmişdir. xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarət səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), zərəçəkmiş şəxslə barışmasını (İXM 32.2) ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayətverilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-276/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-276/2020
21.05.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver