Məhkəmə qərarları › İş №3(039)-277/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-277/2020

20.05.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-277/2020 20.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİM : Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətməsinə görə barəsində qəbul edilmiş inzibati tənbeh vermə barədə qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasına gələ bilməyəcəyini, barəsində tətbiq edilmiş inzibati cəriməni tam şəkildə dövlət nəfinə ödədiyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Hesab edirəm ki, Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılması mümkündür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ərizəsini, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ərizəsinə əlavə etdiyi xx xxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, Şəxs İXP ******* nömrəli protokol üzrə 64 (altmış dörd) manat məbləğində olan inzibati cəriməni ödəmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529cu maddəsinin qeydinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Hesab edirəm ki, Şəxs inzibati cəriməni ödədiyindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətdən azad edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 115, 128.2.1, 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: xx xxxxxx 1988-ci il təvəllüdlü Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin və o, nəzərdə tutulan inzibati məsuliyyətdən azad edilsin. Qərardan 10 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar