Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-277/2025 07.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Mədətov Samir Yusif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı İsmayılov Ruslan Natik oğlunun, Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Bərxudarov Zaur Saməddin oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Feyziyev Asim Allahverdi oğlunun iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Şəki rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Yevlax şəhəri, A.Əsgərov küçəsi, ev 31-də qeydiyyatda aolan və yaşayan Feyziyev Asim Allahverdi oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Yevlax RPŞ-dən Feyziyev Asim Allahverdi oğlu barəsində İXM 510-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Feyziyev Asim Allahverdi oğlu xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək DİOnın əməkdaşının ünvanına nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı İsmayılov Ruslan Natik oğlu bildirmişdir ki, Azərbaycan Respublikası DİN-dən məlumat daxil olmuşdur ki, Yevlax şəhər sakini Feyziyev Asim Allahverdi oğlu Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumatı qəbul edən operatorun ünvanına təhqiredici ifadələr işlətmişdir. Bununla bağlı DİN-nin Növbətçi Hissələri İdarə Xidmətindən Yevlax RPŞ-nə yazılı məlumat daxil olmuşdur. Bu səbəbdən Feyziyev Asim Allahverdi oğlu polis şöbəsinə dəvət edilərək izahatı alınmış və törətdiyi əməli etiraf etmişdir. Feyziyev Asim Allahverdi oğlu ictimai qaydanı pozaraq xırda xuliqanlıq etdiyi üçün tərəfindən sonuncu barəsində İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Feyziyev Asim Allahverdi oğlunun inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Feyziyev Asim Allahverdi oğlu izahatında bildirmişdir ki, ailə üzvləri ilə birlikdəYevlax şəhərində yaşayır. xx.xx.2025-ci il tarixdə dostunun maşınında gəzdikləri vaxt Şəmi adlı YPX-i əməkdaşı dostunun maşınını saxlatmışdır. YPX-i əməkdaşı Şəmi ilə söhbətləşən zaman Şəmi onun ünvanına təhqiredici söz işlətmişdir. Bu səbəbdən evə getdikdən sonra Şəmi adlı YPX-i əməkdaşından DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmiş və şikayətinə baxılmadığı üçün xidmətə üç dəfə zəng etmişdir. Sonuncu dəfə DİN-nin 102 xidmətinə zəng etdikdə şikayətinə baxılmadığına görə, “it itin ayağını basmadığı üçün, sizdə Şəmi müəllimin tərəfini saxlayırsız” demişdir. Bu ifadəni işlətməkdə polis əməkdaşını təhqir etmək fikri olmamışdır. Həmin ifadəni atalar məsəli kimi işlətmişdir. Əməlindən peşmandır və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli DİN-nin Növbətçi Hissələri İdarə Xidmətindən Yevlax RPŞ-nə daxil olmuş yazılı məlumatdan görünür ki, Feyziyev Asim Allahverdi oğlu DİN-nin 102 xidmətinə zəng edib məlumatı qəbul edən operatorun ünvanına təhqiredici ifadələr işlətmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Feyziyev Asim Allahverdi oğlu xx.xx.2025-ci il tarixdə, Azərbaycan Respublikası DİNnin 102 xidmətinə zəng edərək DİO-nın əməkdaşının ünvanına nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, həmçinin inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Feyziyev Asim Allahverdi oğlu barəsində Yevlax RPŞ-nin İTB-nin sahə rəisi tərəfindən İXM-in 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Feyziyev Asim Allahverdi oğlunun İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və məhkəmə iclasında toplanmış sübutlarla tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 32-ci maddəsinə əsasən Feyziyev Asim Allahverdi oğlunun əməlindən peşmançılığını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Feyziyev Asim Allahverdi Habil oğlunun əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Feyziyev Asim Allahverdi oğlunun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını, ictimai qaydanı qoruyan və ictimai təhlükəsizliyi təmin edən yüzlərlə polis əməkdaşının ünvanına təhqiredici ifadələr işlətməsini, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Feyziyev Asim Allahverdi oğlu barəsində təyin edilmiş inzibati həbsin əvvəli 07 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Feyziyev Asim Allahverdi oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, 7 (yeddi) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 07 fevral 2025-ci il tarixdən saat 12.15-dən hesablansın. Qərarın icrası Yevlax rayon Pois Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-277/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-277/2025
07.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver