Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-279/2022 10.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis kapitanı X2, Zərər çəkmiş şəxs X6, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə , Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib, məhkəmə müəyyən etdi : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Yevlax Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs polis sahə rəisi, polis kapitanı Yunis İsmayılov məhkəmə iclasında çıxış edərək bildirdi ki, Yevlax rayonu Bəydilli kəndində yaşayan X8 05 fevral 2022-ci il tarixdə DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə və Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək özünə məxsus torpaq sahəsində 55 ədəd tut ağacının qəsdən Şəxs tərəfindən yandırılması və ona maddi ziyan dəyməsi barədə məlumat vermişdir. Bundan sonra Yevlax Rayon Polis X3 araşdırma aparılmışdır. Yevlax Rayon Polis X4 19 fevral 2022-ci il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə inzibati xəta baş verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax Rayon Polis X1 Bölməsinə göndərilmişdir. Bundan sonra Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, 05 fevral 2022-ci il tarixdə Yevlax rayonu Bəydilli kəndində qonşuluqda yerləşən X7 məxsus torpaq sahəsində onlar arasında keçən su arxının içərisində olan qamışları təmizləmək məqsədi ilə yandırmış, həmin vaxt Rəmzi Əşrəfovun əkdiyi tut ağacları yanmışdır. Əməlindən peşmandır, hazırda zərər çəkmiş şəxs Rəmzi Əşrəfova dəymiş ziyanı ödəməyə hazırdır. Zərər çəkmiş şəxs X8 məhkəmə iclasında izahat verərək bildirdi ki, Yevlax rayonu Bəydilli kəndində özünə məxsus 0.95 ha torpaq sahəsi var və həmin torpaq sahəsində əkinçilik, eyni zamanda barama saxlamaq üçün tut ağacları əkmişdir. 04 fevral 2022-ci il tarixdə torpaq sahəsində yanğın hadisəsi olmuş, həmin vaxt torpaq sahəsində olan 550 ədəd tut tinginin qonşu torpaq sahəsində olan Şəxs tərəfindən qəsdən yandırılmışdır. Bundan sonra o, DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə və Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. X12 İnkişaf Mərkəzi tərəfindən əraziyə baxış keçirilmiş, yanğın nəticəsində ona 187 manat ziyanın dəyməsi göstərilsə də həmin rəylə razı deyil və ona dəymiş ziyan düzgün hesablanmamışdır. Təhqiqatçı, polis kapitanı Vüsal Hüseynovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 fevral 2022-ci il tarixli qərarı ona təqdim edilməmiş, həmin qərarın surətini aldıqdan sonra qərardan şikayət verəcəkdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş səlahiyyətli orqanına geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X5 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 fevral 2022-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və iş üzrə Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. Həmin qərarın surəti zərər şəxs Rəmzi Əşrəfova təqdim edilməmiş, məhkəmə iclasında Rəmzi Əşrəfov həmin qərarla razı olmadığını və qərardan şikayət verəcəyəni bildirmişdir. Həmin qərar zərər çəkmiş şəxsə təqdim edilməmiş, bu səbəbdən zərər şəkmiş şəxs bu qərardan şikayət vermək imkanından məhrum edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: Maddə. 109.1.6-cı Protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud tərtib edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Belə ki, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar zərər çəkmiş şəxsə təqdim edilməli və qərar rəsmi təqdim edildikdən sonra 10 gün müddət keçdikdən sonra inzibati araşdırma aparılmalı idi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərər çəkmiş şəxs dan şikayət vermək imkanından məhrum edildiyindən materiallar tam deyil, işə baxılarkən bunun tamamlanması mümkün deyil, bu səbəbdən Şəxs haqqında tərtib edilmiş inzibati xəta haqqında protokol əlavə edilmiş sənədlərlə birlikdə Yevlax Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutub, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 maddəsi ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Yevlax Rayon Polis Şöbəsinə qaytarılsın. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-279/2022
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-279/2022
10.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver