Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-279/2025 10.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şəxs Faiq oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1993-cü ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Məmmədov X7 Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(049)-3059/2023 saylı icra sənədlərindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şəxs Faiq oğlu verdiyi izahatında göstərmişdir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-3059/2023 saylı icra vərəqəsinə əsasən 13 iyul 2014-cü ildə doğulmuş X1, 14 iyul 2015-ci ildə doğulmuş X3 və 04 iyul 2018-ci ildə doğulmuş X5 yetkinlk yaşına çatanadək saxlanılmaları üçün 10 avqust 2023-cü il tarixdən başlayaraq Şəxs hər ay sabit pul məbləğində bir uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin tutularaq iddiaçı X6 verilməlidir. İcra vərəqəsi Yevlax rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Lakin borclu icra sənədinin icrasından qəsdən və qərəzli olaraq yayınmışdır. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. İnzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verildikdən sonra tələbkar ərizə ilə müraciət edərək, aliment borcunun ödənilməsi ilə bağlı borclu ilə ümumi razılığa gəldiklərini bildirmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli bilməyərək, verdiyi izahatında göstərmişdir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-3059/2023 saylı icra vərəqəsinə əsasən 13 iyul 2014-cü ildə doğulmuş X1, 14 iyul 2015-ci ildə doğulmuş X3 və 04 iyul 2018-ci ildə doğulmuş X5 yetkinlk yaşına çatanadək saxlanılmaları üçün 10 avqust 2023-cü il tarixdən başlayaraq ondan hər ay sabit pul məbləğində bir uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin tutularaq iddiaçı X6 verilməlidir. İcra vərəqəsi Yevlax rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı ona bildiriş göndərilmişdir. İşləmədiyindən və maddi imkanı olmadağına görə aliment borcunu tam ödəyə bilməmişdir. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. İnzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verildikdən tələbkarla aliment borcunun ödənilməsi ilə bağlı ümumi razılığa gəlmişlər. Tələbkarın ondan şikayəti yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs (tələbkar) X8 məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə qətnaməsi əsasında yaranmış aliment borcunun ödənilməsi barədə borclu ilə ümumi razılığa gəldiklərini göstərərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə işə zərərçəkmiş şəxs (tələbkar) X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)- 3059/2023 saylı icra vərəqəsindən görünür ki, 13 iyul 2014-cü ildə doğulmuş X1, 14 iyul 2015ci ildə doğulmuş X3 və 04 iyul 2018-ci ildə doğulmuş X5 yetkinlk yaşına çatanadək saxlanılmaları üçün 10 avqust 2023-cü il tarixdən başlayaraq Şəxs hər ay sabit pul məbləğində bir uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin tutularaq iddiaçı X6 verilməlidir. İşdə olan Yevlax rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından və bildirişdən görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-3059/2023 saylı icra vərəqəsi icraata qəbul edilmiş və borclu Şəxs icranı 10 (on) gün müddətində könüllü təmin etməsi təklif edilmişdir. İşdə olan zərərçəkmiş şəxs (tələbkar) tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025ci il tarixli ərizədən görünür ki, tələbkar Rəhimli (Məmmədova) Şəhanə Nəbi qızı borclu Şəxs ilə aralarında məhkəmə qətnaməsi əsasında yaranmış aliment borcunun ödənilməsi barədə ümumi razılığa gəldiklərini göstərərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respubliksının Qanununun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş - borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Qanunun Azərbaycan Respubliksının Qanununun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respubliksının Qanununun Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(049)-3059/2023 saylı icra vərəqəsinə əsasən 13 iyul 2014-cü ildə doğulmuş X1, 14 iyul 2015-ci ildə doğulmuş X3 və 04 iyul 2018-ci ildə doğulmuş X5 yetkinlk yaşına çatanadək saxlanılmaları üçün 10 avqust 2023-cü il tarixdən başlayaraq Şəxs hər ay sabit pul məbləğində bir uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin tutularaq iddiaçı X6 verilməlidir. İcra vərəqəsi Yevlax rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. İcra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclunun barəsində inzibati xəta haqqında protkol tərtib edilərək, baxılması üçün məhkəməyə verilmiş, lakin tərəflər yaranmış aliment borcunun ödənilməsi haqqında qarşılıqlı razılığa gəlmişdirlər. Hazırda tələbkarın borcludan şikayəti yoxdur. Məhkəmə iclasında borclunun icra sənədinin icrasından yayınmaq məqsədi ilə qaçıb gizlənməsi, qəsdən və qərəzli olaraq icra sənədini icra etməməsi öz təsdiqini tapmamışdır. Göründüyü kimi borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini üzürsüz səbəbdən icra etməməsi müəyyən edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Yevlax rayon İcra və Probasiya Şöbəsinin 07 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokoluna əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №3(039)-279/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-279/2025
10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver