Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-280/2022 10.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X5, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli 10 mart 2022ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 25.02.2022-ci il tarixdə X3 nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X6 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs 25.02.2022-ci il tarixdə Qurbanova Rasimə Əhliman qızını nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Şəxs tərəfindən törədilmiş xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 510-cu maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, Qurbanova Rasimə Əhliman qızı onun qonşusudur. 2022-ci ilin fevral ayında ona məxsus toyuqlar qonşusu Rasimənin məhləsinə keçmişdilər və bir müddət sonra toyuqlarının bir hissəsi zəhərlənərək ölmüşdülər. O, toyuqlarının ölməsinin səbəbini qonşusu tərəfindən zəhərləndiyini öyrənmişdir. Bu səbəbdən də, 25.02.2022-ci il tarixdə qonşusu Rasimə ilə aralarında sözlə mübahisələri olmuşdur və o, nəticədə əsəbləşərək Rasiməni söyüb təhqir etmişdir. Hazırda əməlindən peşman olmasını bildirərək barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qurbanova Rasimə Əhliman qızı çıxış edərək bildirmişdir ki, Şəxs onun qoşusudur. 25.02.2022-ci il tarixdə, qonşusu olan Şəxs küçədə darvazanın qarşısında əsassız olaraq onun ünvanına təhqiramiz sözlər işlətmişdir. O, Adildən nə səbəbə onu söyməsini soruşduqda Adil toyuqlarının onun tərəfindən qəsdən zəhərləndirildiyini bildirmişdir. O, Adilə toyuqları qəsdən zəhərləmədiyini, özünə məxsus məhlədə əkdiyi təsərrüfatı dərmanladıqdan sonra Adilə məxsus toyuqlaqrın onun məhləsəinə keçərək dərmanlanmış bitkilərdən yemləndikləri üçün zəhərlənmələrini bildirsə də, Adil öz hərəkətlərinə davam etdiyi üçün o, 102 xidmətinə zəng edib şikayət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli 10 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 25.02.2022-ci il tarixdə Qurbanova Rasimə Əhliman qızını nalayiq ifadələrlə söyüb təhqir etmişdir; Qurbanova Rasimə Əhliman qızının 25.02.2022-ci tarixli ərizəsindən görünür ki, Şəxs 25.02.2022-ci il tarixdə Qurbanova Rasimə Əhliman qızını nalayiq ifadələrlə söyüb təhqir etmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi protokolu tərtib etmiş şəxsin, şahidin ifadəsi, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-280/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-280/2022
10.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver