Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-280/2023 01.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, barəsində inzibati icraat aparılan şəxs Məmmədov Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayonu Aşağı Qarxun kəndində qeydiyyatda olan Məmmədov Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Məmmədov Şəxs xx.xx.2023–cü il tarixdə Yevlax rayonu Aşağı Qarxun kəndində olan zaman ictimai qaydanı pozub və polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati protokolu tərtib etmiş Yevlax rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə rayon polis şöbəsinin əməkdaşı baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq Yevlax rayonu Aşağı Qarxun kəndində yaşayan Məmmədov Şəxs rayon polis şöbəsinə dəvət edilməsi üçün getdiyi zaman Şəxs Məmmədov kəndin ərazisində ucadan səs-küy salıb, ünvansız söyüşlər söyərək polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmayaraq rayon polis şöbəsinə getməkdən imtina etmişdir. Polis əməkdaşı Şəxs Məmmədovu nizam-intizama və səs-küy salmamağa dəvət etsə də, Şəxs Məmmədov öz əməllərinə davam etdiyi üçün saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Məmmədov Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək bildirmişdir ki, sərxoş olması səbəbindən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq səs-küy salmışdır. Hazırda əməlindən peşman olmasını bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon X3 Təhlükəsizlik Bölməsinin sahənin polis nəfəri X4 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə rayon baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq Yevlax rayonu Aşağı Qarxun kəndində yaşayan Məmmədov Şəxs rayon polis şöbəsinə dəvət edilməsi üçün getdiyi zaman Şəxs Məmmədov kəndin ərazisində ucadan səs-küy salıb, ünvansız söyüşlər söyərək onun qanuni tələbinə qəsdən tabe olmayaraq rayon polis şöbəsinə getməkdən imtina etmişdir. O, Şəxs Məmmədovu nizam-intizama və səs-küy salmamağa dəvət etsə də, Şəxs Məmmədov öz əməllərinə davam etdiyi üçün tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli 29 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Məmmədov Şəxs xx.xx.2023–cü il tarixdə Yevlax rayonu Aşağı Qarxun kəndində olan zaman ictimai qaydanı pozub və polisin qanuni tələbinə tabe olmamışdır; xx.xx.2023-cü il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Məmmədov Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:40-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın Məmmədov Şəxs tərəfindən törədilməsi barəsində inzibati icraat aparılan şəxsin izahatı ilə yanaşı, şahidin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (32.1.1. inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı), məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Məmmədov Şəxs inzibati xətanın törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən həmin məcəllənin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Məmmədov Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 29 aprel 2023-cü il tarixdən saat 18:40-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-280/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-280/2023
01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver