Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-281/2023 24.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 11000-2880/23 saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Ucar rayonu Yuxarı Şilyan kəndində qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli, **********2621 saylı sorğu nömrəli gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac edilən yükün dəyərinin 9991.61 ABŞ dolları olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan xarici valyuta- 9991.61 ABŞ dolları vəsaitin otuz faizi miqdarında, yəni 3996.64 ABŞ dolları (ödənilən günə manatla olan məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Rövlan Seyidov bildirmişdir ki, anlaşılmazlıq olmuşdur. Onlar belə hal ilə ilk dəfə rastlaşmışlar. Onların barələrində protokol tərtib ediləndə onlar qeyd edilən məsələ ilə bağlı araşdırma aparmışlar və araşdırmanın nəticəsi olaraq müəyyən olunmuşdur ki, onların bu işləri aparan bankın əməkdaşı əmək məzuniyyətinə çıxdığı üçün müvafiq sənədləri vaxtında gömrük idarəsinə göndərməmişdir. Bununla da yubanma olduğundan gömrük idarəsinə gecikmə kimi müvafiq sənədlər göndərilmişdir. Onların tərəflərindən gömrük bəyəmnaməsinə uyğun ödənişlər vaxtında ödənilmişdir. Onlar bundan sonra gömrük idarəsinə həmin sənədləri təqdim etmişlər. Onlar onların məhkəmədə iştirak etmələrinə ehtiyac olmadığını həmin sənədləri məhkəməyə təqdim edəcəklərini bildirmişlər. Ancaq məhkəmədə həmin sənədləri təqdim etməmişlər. Hazırda da ödəniş olması ilə bağlı bankdan müvafiq arayışı almışlar. Şəxs MMC barəsində İXM-in 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti mayoru X2 əvvəlki, məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, qeyd edilən məsələ ilə bağlı araşdırma aparmış və araşdırmanın nəticəsi olaraq müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən gömrük bəyəmnaməsinə uyğun ödənişlər vaxtında ödənilmişdir. Hazırda da ödəniş olması ilə bağlı bankdan müvafiq arayışı təqdim etmişlər. Məsələsinin məhkəmənin mülahizəsinə buraxdığını bildimişdir. Məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş səlahiyyətli şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə heç bir məlumat verməmişdir. Məhkəmə İXM-in 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsi dinləyib, inzibati xəta haqqında işin materiallarında olan sübutları tədqiq edib hesab edir ki, aşağıda şərh olunan əsaslara görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 110002880/23 saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Ucar rayonu Yuxarı Şilyan kəndində qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli, **********2621 saylı sorğu nömrəli gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac edilən yükün dəyərinin 9991.61 ABŞ dolları olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən tərəfindən xx.xx.2023-cü il tarixli, 11000-2880/23 saylı inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, Şəxs MMC tərəfindən yük ixrac olunmuş və bu barədə xx.xx.2022-ci il tarixli, **********2621 sorğu nömrəli gömrük bəyannaməsi tərtib olunmuşdur. Həmin gömrük bəyannaməsi üzrə ixraatçı ixrac etdiyi məhsulun məbləği olan 9991.61 ABŞ dolları vəsaitin müvəkkil bankın hesabına köçürülməsini təmin etməmişdir. Lakin, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-in nümayəndəsi araşdırması zamanı Azərbaycan Beynəlxalq Bankının Göyçay filialından məhkəməyə təqdim etmiş olduğu 10 iyul 2023-cü il tarixli, 64 nömrəli məktubundan görünür ki, 25 avqust 2022-ci il tarixli **********2621 nömrəli X5 üzrə Şəxs MMC-nin hesablarına 31 oktyabr 2022-ci il tarixli vəsait daxil olmuşdur və həmin vəsaitlər qeyd olunan X5 üzrə Dövlət Gömrük Komitəsinin portalında qeydiyyat aparılmışdır. Qeyd edilən **********2621 saylı bəyannamə üzrə qalıq borc yoxdur. Göründüyü kimi Şəxs MMC tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Beynəlxalq Bankının Göyçay filialından məhkəməyə təqdim etmiş olduğu 10 iyul 2023-cü il tarixli, 64 nömrəli məktubunda isə müvafiq köçürülmənin 25 avqust 2022-ci il tarixdə edildiyi qeyd edilmişdir. İnzibati Xətalar Məcəlləsi: Maddə 483. Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə-inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Maddə 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.2. inzibati xəta tərkibi olmadıqda; Məhkəmə iclası zamanı müəyyən edildi ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2 və 105.1-ci maddələrinin tələblərinə görə inzibati xəta tərkibi olmadıqda icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105.1 və 128.2.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-281/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-281/2023
24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver