Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-282/2022 11.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, 10 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 10.03.2022-ci il tarixdə saat 20:45 radələrində Yevlax şəhəri, N.Nərimanov küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi polis baş leytenantı X3 bildirdi ki, 10.03.2022-ci il tarixdə saat 20:45 radələrində polis nəfəri X6 şəhəri, N.Nərimanov küçəsində xidmətdə olan zaman iki nəfər şəxsin dayandığını görüb onlara yaxınlaşaraq şəxsiyyətlərini müəyyən etmək istədikdə, həmin şəxslər etiraz edərək səs-küy salmağa başlamışlar. Bundan sonra onlar həmin vətəndaşları nizam-intizama dəvət etsələr də, həmin vətəndaşlar onların qanuni tələbinə qəsdən tabe olmayaraq öz əməllərinə davam etdikləri üçün saxlanılaraq rayon polis şöbəsinə aparılmışdılar. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək vermiş olduğu izahatında bildirdi ki, 10.03.2022-ci il tarixdə saat 20:45 radələrində dostu Elxanla birlikdə Yevlax şəhəri, N.Nərimanov küçəsində dayanan zaman polis əməkdaşları onlara yaxınlaşmışlar. Polis əməkdaşları onlardan ciblərində nəyin olub-olmadığını soruşmuşlar. Onlar polis əməkdaşlarına ciblərində qanunla qadağan olmayan heçnəyin olmadığını, lakin şəxsiyyət vəsiqələrinin özlərinədə olmadıqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları onlara rayon polis şöbəsinə getməyi təklif etdikdə onlar rayon polis şöbəsinə getməyə etiraz etmişlər. Bundan sonra polis əməkdaşları onları məcburi qaydada rayon polis şöbəsinə aparmışlar. Əməlindən peşman deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis X2 Bölməsi sahənin polis nəfəri, polis baş serjantı X7 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirdi ki, 10.03.2022-ci il tarixdə saat 20:45 radələrində Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi polis baş leytenantı X3 ilə Yevlax şəhəri, N.Nərimanov küçəsində xidmətdə olan zaman iki nəfər vətəndaşın dayandığını görüb onlara yaxınlaşaraq şəxsiyyətlərini müəyyən etmək istədikdə, həmin vətəndaşlar etiraz edərək səs-küy salmağa başlamışlar. Onlar həmin vətəndaşları nizam-intizama dəvət etsələr də, həmin vətəndaşlar onların qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirdikləri üçün saxlanılaraq rayon polis şöbəsinə aparılmışlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı, 10 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 10.03.2022-ci il tarixdə saat 20:45 radələrində Yevlax şəhəri, N.Nərimanov küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır; 10.03.2022-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutmaq haqqında protokoldan görünür ki, Şəxs 10.03.2022-ci il tarixdə saat 21:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin və şahidin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 10 mart 2022-ci il tarixdən saat 21:30-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-282/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-282/2022
11.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver