Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-283/2022 11.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx.xx.2000-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs oğluna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, 10 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs oğlu 10.03.2022-ci il tarixdə saat 20:45 radələrində Yevlax şəhəri N.Nərimanov küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X3 çıxış edərək bildirmişdir ki, 10.03.2022-ci il tarixdə saat 20:45 radələrində polis nəfəri Vasif Fəttayevlə, Yevlax şəhəri N.Nərimanov küçəsində xidmətdə olan zaman iki nəfər şəxsin dayandığını görüb onlara yaxınlaşaraq şəxsiyyətlərini müəyyən etmək istədikdə, həmin şəxslər etiraz edərək səs-küy salmağa başlamışlar.Bundan sonra onlar həmin şəxsləri nizam-intizama dəvət etsələr də, həmin vətəndaşlar onların qanuni tələbinə qəsdən tabe olmayaraq öz əməllərinə davam etdikləri üçün saxlanılaraq rayon polis şöbəsinə aparmışdırlar. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs oğlu özünü təqsirli bilərək vermiş olduğu izahatında bildirmişdir ki, 10.03.2022-ci il tarixdə saat 20:45 radələrində o, dostu Kamranla birlikdə Yevlax şəhəri N.Nərimanov küçəsində dayanan zaman polis əməkdaşları onlara yaxınlaşmışlar. Polis əməkdaşları onlardan ciblərində nəyin olubolmadığını soruşmuşlar. Onlar polis əməkdaşlarına ciblərində qanunla qadağan olmayan heçnəyin olmadığını, lakin şəxsiyyət vəsiqələrinin özlərində olmadıqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları onlara rayon polis şöbəsinə getməyi təklif etdikdə onlar rayon polis şöbəsinə getməyə etiraz etmişlər. Bundan sonra polis əməkdaşları onları məcburi qaydada rayon polis şöbəsinə aparmışlar. Hazırda əməlindən peşman olmasını bildirərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon rayon polis şöbəsinin İTB-nin polis baş serjantı Vasif Fəttayev çıxış edərək bildirmişdir ki, 10.03.2022-ci il tarixdə saat 20:45 radələrində polis sahə rəisi İlqar Məmmədrzayevlə, Yevlax şəhəri N.Nərimanov küçəsində xidmətdə olan zaman iki nəfər şəxsin dayandığını görüb onlara yaxınlaşaraq şəxsiyyətlərini müəyyən etmək istədikdə, həmin şəxslər etiraz edərək səs-küy salmağa başlamışlar.Bundan sonra onlar həmin şəxsləri nizam-intizama dəvət etsələr də, həmin vətəndaşlar onların qanuni tələbinə qəsdən tabe olmayaraq öz əməllərinə davam etdikləri üçün saxlanılaraq rayon polis şöbəsinə aparmışdırlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı, 10 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs oğlu 10.03.2022-ci il tarixdə saat 20:45 radələrində Yevlax şəhəri N.Nərimanov küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır; 10 mart 2022-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutmaq haqqında protokoldan görünür ki, Şəxs oğlu 10 mart 2022-ci il tarixdə saat 21:30-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs oğlu tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin və şahidin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs oğluna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. Şəxs oğlu məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-283/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-283/2022
11.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver