Məhkəmə qərarları › İş №3(039)-285/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-285/2023

11.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-285/2023 11.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Yevlax rayon prokurorunun müavini X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax şəhəri İ.Quliyev küçəsi ev 12də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanılmış və Yevlax rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Yevlax rayon prokurorluğunda tərtib olunmuş qərar baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs ifadəsində göstərmişdir ki, o, təxminən 1 ildir ki, narkotik vasitə və psixotrop maddə istifadəçisidir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında tanışı Yevlax şəhər sakini Elçin Məmmədov ilə birlikdə Yevlax şəhərində olmuş, ona psixotrop maddə metamfetamin lazım olmuş, o, da Elçinə birlikdə metamfetamin alıb istifadə etməyi təklif etmiş, Elçin də razılaşmış, bundan sonra o, özündə 10 manat olduğunu, Elçin də özünün 15 manatı olduğunu demiş, bundan sonra onlar hərəsi öz puluna metamfetamin almağı razılaşmışlar. Elçinlə birlikdə Mosunun yaşadığı Kür küçəsinə getmiş, o, Elçini küçədə gözləmiş, Elçin isə özü metamafetamini almaq üçün Mosunun yaşadığı evə getmiş, təxminən 5 dəqiqə sonra Elçin Mosudan 02 bükümdə metamfetamin alıb gəlmiş, özünə aldığı 01 büküm metamfetamini özündə saxlayıb onun üçün aldığı 01 büküm metamfetamini ona vermiş, onlar sakit bir yerə getmiş, o, öz bükümündə olan metamfetaminin az bir hissəsini istifadə etmiş, qalan həmin metamfetamini istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində yaşadığı Yevlax şəhəri İ.Quliyev küçəsi ilə evinə gedərkən polis əməkdaşları ona yaxınlaşaraq onun narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamaqda şübhəli olduğunu deyərək polis şöbəsinə dəvət etmiş, həmin vaxt “şüşə” adlanan psixotrop maddə olan metafetamin onun üzərində olmuş, həmin vaxt Polis şöbəsində vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış aparılan zaman onun boz rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülü aşkar edilmiş, həmin bükülüyə baxış zamanı onun içərisində psixotrop maddə olan metanfetaminə bənzər kütlə aşkar edilmiş, ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçinin iştirakı ilə video çəkilişlə baxış keçirilmiş, aşkar olunmuş psixotrop maddə olan metafetaminə bənzər kütlə qablaşdırılaraq götürülmüşdür.Əməlindən səmimi peşmacılığını bildirərək barəsində qanuna müvafiq qərarı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Yevlax rayon prokurorunun müavini X4 çıxış edərək bildirmişdir ki, Şəxs 03 yanvar 2023-cü il tarixdə günorta saatlarında X1 ünvan 1 ünvanında 15 manat pul müqabilində qəsdən 0,102 qram şəxsi istehlak miqdarında psixotrop maddə olan metamfetamin almış, 03 yanvar 2023-cü il tarixdə saat 19:30-da Şəxs Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək həmin günü saat 20:10-dan 20:40-dək olan müddətdə orada müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində Şəxs şəxsi istifadəsi üçün əldə edib saxladığı 01 (bir) ədəd bükümdə olan 0,102 qram şəxsi istehlak miqdarında psixotrop maddə olan metamfetamin Şəxs üzərindən aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibi şəxs tərəfindən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi nəticəsində yaranır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 10 aprel 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində 234.1 və 234.2-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələrlə cinayət işinin başlanması rədd edilmişdir. inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında 02 may 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmışdır. 03 yanvar 2023-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs 03 yanvar 2023-cü il tarixdə saat 19:30-da tutulmuşdur . Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(039)-285/2023 saylı qərardan görünür ki Şəxs barəsində məcburi gətirilmə qərarı qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi Yevlax rayon prokurorunun müavini X2 və barəsində inzibati icraat aparılan şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini,məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 400 ( dörd yüz) manat məbləğində cərimə edilsin Qərarın icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar