Məhkəmə qərarları › İş №3(039)-287/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-287/2021

15.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-287/2021 15.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətməsinə görə barəsində qəbul edilmiş inzibati tənbeh vermə barədə qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan, icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, idarə etdiyi Toyota Hİ ACE minik markalı, ** RD *** dövlət qeydiyyat nişanlı minik avtomobili işlədiyi şirkətə məxsus olmuşdur və şirkət tərəfindən avtomobili idarə etmək üçün ona etibarnamə verilmişdir. xx xxxxxxx 2020-ci il tarixdə yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və 50 (əlli) manat məbləğində inzibatə cərimə edilmişdir. Hazırda həmin cərimənin məbləği 30 manat dəbbə pulu olmaqla cəmi 80 (səksən) manat olmuşdur. Qeyd edir ki, həmin tarixdə avtomobili o idarə etməmişdir. Hazırda barəsində tətbiq edilən inzibati cəriməni ödəyə bilmir. İnzibati xəta haqqında protokolu və iş materiallarını tətqiq edərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görənəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə idarə Toyota Hİ ACE minik markalı, ** RD *** dövlət qeydiyyat nişanlı avtomobillə yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və 50 (əlli) manat məbləğində inzibatə cərimə edilmişdir. Hazırda həmin cərimənin məbləği 30 manat dəbbə pulu olmaqla cəmi 80 (səksən) manat olmuşdur. Lakin Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı, qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, mahiyyətini, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 115, 128.2.1, 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : xx xxxx 1991-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Yevlax rayonu, Ərəş kəndində qeydiyyatda olan Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılsın. Qərardan 10 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar