Məhkəmə qərarları › İş №3(039)-29/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-29/2021

11.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-29/2021 11.01.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax şəhəri Aeroport qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 11:00 radələrində Yevlax şəhəri, Aeroport qəsəbəsində, ictimai yerdə ucadan səs-küy salaraq ünvansız söyüşlər işlətmiş və qonşusu X5 söyüb təhqir edərək ictimai qaydanı pozmuşdur. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X7 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 11:00 radələrində Yevlax şəhəri, Aeroport qəsəbəsində küçədə qonşusu X8 ilə qarşılıqlı olaraq bir-birilərini söyüb təhqir edərək ünvanlı və ünvansız söyüşlər söymüşdülər. Yevlax rayon polis şöbəsində araşdırma aparılmış və cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilməyərək vermiş olduğu izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə anasının xahişi ilə yaşadığı evin məhləsində kabab bişirən zaman qonşusu Şahin öz yaşadığı evin məhləsinə çıxaraq “bu nə tüstüdür, sən evi yandırırsan” deyərək heç bir səbəb olmadan onun ünvanına söyüşlər işlətmişdir. O, Şahinə söyüş söyməməyi bildirsə də, Şahin yenə də öz hərəkətlərinə davam etmişdir. Bundan sonra o, qonşuların onun həqiqətən də kabab bişirməsini görmələri üçün həyətinin qapısını açaraq küçəyə çıxmışdır. Bundan sonra qonşusu Şahin də küçəyə çıxaraq və səbəbsiz olaraq onun üzərinə yürüyərək boynundan tutaraq yenə də onu söyüb təhqir etmişdir. Bundan sonra başqa qonşular onlar aralamışdılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 çıxış edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə evdə olan zaman arvadı qonşusu Əvəzin keçmiş arvadı Gülnarə ilə Əvəzin ocaq qalamasını müzakirə edən zaman Əvəz səbəbsiz olaraq səs-küy salmışdır. Bundan sonra Əvəz onun arvadının ünvanına rus dilində söyməyə başlamışdır və həyətdən küçəyə çıxmışdır. O, Əvəzə niyə söyüş söydüyünü soruşduqda Əvəz səbəbsiz olaraq onun da ünvanına söyərək “gəl məni vur 102-yə zəng edim” demişdir. O, Əvəzi vurub söyməsə də, Əvəz heç bir əsas olmadan 102 xidmətinə onun barəsində şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 çıxış edərək bildirmişdir ki, Şəxs onun keçmiş əridir və o məhkəmə qərarı əsasında Şəxs yaşadığı evdən ona ayrılmış hissədə yaşayır. xx.xx.2020-ci il tarixdə məhlədə olan zaman qonşusu X4 arvadı ondan kimin ocaq qalamasını soruşduqda o, tüstünün Əvəzin məhləsindən gəldiyini bildirmişdir. Həmin vaxt Əvəz özünə məxsus məhlədən ucadan səs-küy salaraq “kimdənsə icazə alıb qapımda kabab bişirəcəm?” sözləri deyərək səbəbsiz yerə ünvansız söyüşlər söyməyə başlamışdır. Bundan sonra qonşu X1 nöqsan bildirərək söyüş söyməməyi bildirmişdir. onlar küçəyə çıxmışlar, Əvəz Şahinə “gəl məni vur” desə də Şahin Əvəzi vurmamışdır. Lakin Əvəz 102 qaynar xəttinə zəng edərək şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 çıxış edərək bildirmişdir ki, Şəxs onun oğlu X8 isə qonşusudur. xx.xx.2020-ci il tarixdə oğlu Əvəz onun xahişi ilə məhlədə kabab bişirən zaman qonşusu Şahin ucadan səs-küy salaraq “ bizi yandırırsız” kimi sözlər demişdir. Bundan sonra o, səbəbsiz olaraq Əvəzi söyüb təhqir etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 11:00 radələrində Yevlax şəhəri Aeroport qəsəbəsində ictimai yerdə ucadan səs-küy salaraq ünvansız söyüşlər işlətmiş və qonşusu X5 söyüb təhqir edərək ictimai qaydanı pozmuşdur. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilmişdir və inzibati xəta haqqında iş üzrə icraatın aparılması üçün qərarın surəti aidiyyəti üzrə Yevlax rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi protokolu tərtib etmiş şəxsin, şahidlərin ifadəsi, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar