Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-29/2022 19.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4 İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis kapitanı X7 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun Zərərçəkmiş şəxs X3 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Yevlax Rayon Polis Şöbəsində Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə MN seriyalı ******* saylı, 19 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 29.12.2021-ci il tarixdə saat 12.00-da Yevlax rayonu, Qaraməmmədli kəndində yaşadığı evin qarşısında Tərtər RQİİ-nin əməkdaşı X5 döymüşdür. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin sahə rəisi polis kapitanı X9 protokolda göstərilənləri müdafiə edərək izah etdi ki, Yevlax rayonu Qaraməmmədli kəndində yaşayan X8 29.12.2021-ci il tarixdə DİN-nin “102” xidməti zəng mərkəzinə və Yevlax rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, Şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Yevlax RPŞ-nin TB-nin 08 yanvar 2022-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün qərarın surəti Yevlax RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə tərəfindən araşdırma aparılmış və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailə üzvləri ilə birlikdə Yevlax rayonu Qaraməmmədli kəndində yaşayır. Günəmuzd fəhlə işləyir. X8 onun həmkəndlisidir. 29.12.2021-ci il tarixdə X8 onun yaşadığı evə gəlmiş və təbii qazdan istifadə etməsinə görə borcunun olduğunu bildirmiş və həmin borcun ödəməyini tələb etmişdir. Həmin vaxt X6 hazırda borcunun ödəməsi üçün pulunun olmadığını, sonra ödəyəcəyini ona bildirsə də, X8 ondan borcun ödəməsini təkidlə tələb etməyə başlamış, aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı əsəbi olduğundan X6 nalayiq ifadə işlətmiş və onun üzünə əli ilə bir dəfə şillə vurmuşdur. Hazırda əməlindən səmimi olaraq peşmandır. X2 üzr istəyir. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X8 izahatında bildirdi ki, ailə üzvləri ilə birlikdə Yevlax rayonu Qaraməmmədli kəndində yaşayır. Qaz İdarəsində çilingər yanında köməkçi işləyir. Şəxs onun həmkəndlisidir. 29.12.2021-ci il tarixdə qaz pullarını yığmaq üçün kənd ərazisini gəzərkən, Şəxs qapısına gəlmiş, ondan qaz pulunu ödəməsini tələb etmiş, həmin vaxt Şəxs borcu ödəməkdən imtina etmiş, aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Şəxs onu üzündən yumruqla vurmuş və ünvanına nalayiq söyüş söymüşdür. Şəxs üzürxaqlığını qəbul etmir. Hazırda ondan şikayətçidir. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan 19.01.2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 29.12.2021-ci il tarixdə saat 12.00-da Yevlax rayonu, Qaraməmmədli kəndində yaşadığı evin qarşısında Tərtər RQİİ-nin əməkdaşı X5 döymüşdür. İş materiallarında olan Yevlax RPŞ-nin TB-nin 08.01.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməllərində cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax Rayon Polis X1 Bölməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan 08.01.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, MTE və PA Birliyinin Yevlax rayon şöbəsinin 29.12.2021-ci il tarixli 664 saylı rəyi ilə X3 bədən sol qaşın bayır bucağı və sol gicgah nahiyyəsinin şişkinliyi aşkar edilmişdir. Əmələ gəlmə müddəti 29.12.2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Yevlax Rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X3 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun inzibati xəta törətməsində təqsiri özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin ifadəsi, Yevlax RPŞnin TB-nin 08 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı, “MTE və PA Birliyi” nin Yevlax Rayon Şöbəsinin 29.12.2021-ci il tarixli 664 saylı rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların olmamasını və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs oğlu təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx.xx.1973-cü il tarixdə Yevlax rayonu, Qaraməmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax rayonu, Qaraməmmədli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-29/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-29/2022
19.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver