Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-290/2022 15.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X4, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Aşağı Qarxun kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı 14.03.2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs müxtəlif vaxtlarda X3 məxsus Yevlax rayonu Aşağı Qarxun kəndində yerləşən evindən oğurluq etmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X6 çıxış edərək bildirmişdir ki, Şəxs müxtəlif vaxtlarda X3 məxsus Yevlax rayonu Aşağı Qarxun kəndində yerləşən evindən 40 manat dəyərində olan işlənmiş su motoronu, 35 manat dəyərində olan işlənmiş qidrofonu, 80 manat dəyərində işlənmiş su qızdırıcı aparatı, 35 manat dəyərində soyuducu matoru,60 manat dəyərində paltaryuyan maşını, 70 manat dəyərində elektrik naqillərini, elektrik lampaların və peyk antenasını oğurlamışdır. Zərərçəkmiş şəxs X1 məhkəmə prosesində iştirakını təmin etmək üçün istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng edilsə də, X5 məhkəmə prosesində iştirak edə bilmədiyini, ona dəymiş ziyanın ödənilmədiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib vermiş olduğu izahatında göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Yevlax rayonu Aşağı Qarxun kəndində yaşayır. X5 onun həmkəndlisidir və o, bir müddətdir ki, Bakı şəhərində yaşayır və ona məxsus ev nəzarətsiz olaraq qalmışdır. Yadında qalmayan tarixlərdə həmkəndlisi X3 məxsus Yevlax rayonu Aşağı Qarxun kəndində yerləşən evindən işlənmiş su motoronu, işlənmiş qidrofonu, işlənmiş su qızdırıcı aparatı, soyuducu matoru, paltaryuyan maşını, elektrik naqillərini, elektrik lampaları və peyk antenasını oğurlamışdır . Bu hərəkətləri etməyinə səbəb maddi imkanının olmaması olmuşdur. Barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 14 mart 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilmişdir və onun barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması üçün qərarın surəti aidiyyəti üzrə Yevlax rayon Polis X2 Bölməsinə göndərilmişdir; 14 mart 2022-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutmaq haqqında protokoldan görünür ki, Şəxs 14.03.2022-ci il tarixdə saat 11:00-da tutulmuşdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 14 mart 2022-ci il tarixdən saat 11:00-dan hesablansın. Şəxs vurulmuş ziyana görə 320 (üç yüz iyirmi) manat məbləğində pul alınıb X3 ödənilsin. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə və Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-290/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-290/2022
15.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver