Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-293/2022 30.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon prokurorunun müavini X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanılmış və Yevlax rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Yevlax rayon prokurorluğundan daxil olumuş qərar baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzaibati xəta haqqında materiallardan görünür ki, Yevlax RPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru Qasım Əliyev tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə istintaq edilmiş ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 17 fevral 2022-ci il tarixli qərar Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün 17 fevral 2022-ci ildə Yevlax rayon prokurorluğuna daxil olmuşdur. Qərardan müəyyən edilmişdir ki, ********* nömrəli cinayət işi fakta görə 13 dekabr 2021-ci ildə Yevlax RPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru Qasım Əliyev tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə başlanmışdır. Yevlax RPŞ-nin TBnin baş təhqiqatçısı Şamil Xəlilov tərəfindən 12 dekabr 2021-ci il tarixdə saat 11:40-da Şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Yevlax RPŞ-nin TB-nin baş təhqiqatçısı Şamil Xəlilov tərəfindən 12 dekabr 2021-ci il tarixdə Şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən bir ədəd kibrit qutusunun içərisində olan 02 (iki) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,21 qram və 0,16 qram, ümumi təmiz çəkiləri 0,37 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş üzrə Şəxs üzərindən aşkar edilmiş narkotik vasitə şəxsi istehlak miqdarında olduğu üçün X6 tərəfindən qəbul edilmiş 13 dekabr 2021ci il tarixli qərarla azad edilmişdir. Araşdırma zamanı şübhəli şəxs qismində dindirilmiş Şəxs ifadəsində göstərmişdir ki, hərdən narkotik vasitə olan marixuana istifadə edir. 10.12.2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən 28 may metrosunun yaxılığında təsadüfən tanış olduğu şəxsdən iki bükümdə marixuana almışdır. O, bükümləri gələcəkdə istifadə etmək üçün siqaret qutusuna tullamış, siqaret qutusunu isə şalvarın sağ cibinə qoymuşdur. 11 dekabr 2021-ci il tarixdə saat 21 radələrində tanışı Nihad ona zəng etmiş, kirayə maşın götürdüyünü və Qax rayonuna gedib-qayıtmasın demiş, o, da razı olaraq Nihadla görüşmüş və Nihadın kirayə götürdüyü «Hundai Elantra» markalı avtomaşına minərək Bakı şəhərindən çıxmışlar. Avtomaşını Nihad idarə etmişdir. 12 dekabr 2021-ci il tarixdə saat 09 radələrində Yevlax rayonu Xaldan kəndinə çatmışlar. Avtomaşının benzini azalmış və pulları olmadığına görə benzin vura bilməmişlər. Nihad Mingəçevir şəhərinə gedib tanışlarından pul alıb avtomaşına benzin vurduqdan sonra Qax rayonuna getməsini demişdir. Ona görə Nihad avtomaşını Yevlax rayonu Havarlı kəndinin girişinə sürərək orada avtomaşını saxlayaraq tanışının hansından pul ala biləcəyini fikirləşmişdir. Bir qədər sonra oraya gələn polis əməkdaşları onlara yaxınlaşıb özlərinin təqdim edərək onu və Nihadı rayon polis şöbəsinə gətirmişlər. Polis əməkdaşları rayon polis şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üstünə baxış keçirib, şalvarının sağ cibində siqaret qutusunda saxladığı iki bükümdə olan narkotik vasitə olan marixuananı aşkar edərək götürmüşlər. Sorğu-sual zamanı o, bükümdəkilərin marixuana olduğunu, gələcəkdə özü istifadə edəcəyini etiraf etmişdir. Polis əməkdaşları həmin kütlələri elektron tərəzidə çəkmiş, sonra həmin kütlə qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilməsi üçün götürülmüş, sonra protokol tərtib edilmiş, digər iştirakçılar kimi o da protokolla tanış olub onu imzalamışdır. Materiala əlavə edilmiş 13 dekabr 2021-ci il tarixli 17\851 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin X5 rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Şəxs üstündən aşkar edilib götürülmüş bir ədəd kibrit qutusunun içərisində olan 02 (iki) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,21 qram və 0,16 qram, ümumi təmiz çəkiləri 0,37 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Məclisinin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları (əlavə olunur) təsdiq edilməsini qərara alması göstərilmişdir. Həmin siyahıda narkotik vasitə olan qurudulmuş marixuana üçün şəxsi istehlak miqdarından artıq miqdar kimi təmiz halda çəkisi 5 qram daxil olmaqla yuxarı hədləri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində göstərilir ki, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlinin tərkibi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma zamanı yaranır. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibi şəxs tərəfindən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi nəticəsində yaranır. X6 tərəfindən aparılmış araşdırma zamanı Şəxs iki bükümdə ümumilikdə təmiz çəkiləri 0,37 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) ilə bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması məsələsinə baxılması üçün 17 fevral 2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarın surəti Yevlax rayon prokurorluğuna göndərilmişdir. Beləliklə müəyyən edilmişdir ki, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Şəxs qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarında 02 (iki) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,21 qram və 0,16 qram, ümumi təmiz çəkiləri 0,37 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində saxlamış, 12 dekabr 2021-ci il tarixdə saat 10 radələrində Yevlax rayon Havarlı kəndi ərazisində saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək üzərində həmin tarixdə saat 12:00-dan 12:25-ə qədər olan müddətdə müdafiəçinin iştirakı ilə videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı üzərindən şəxsi istehlak miqdarında 02 (iki) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,21 qram və 0,16 qram, ümumi təmiz çəkiləri 0,37 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon prokurorunun müavini X1 Məhəmməd Əbil oğlu barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş, Şəxs özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, o, hərdən narkotik vasitə olan marixuana istifadə edir. 10.12.2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən 28 may metrosunun yaxılığında təsadüfən tanış olduğu şəxsdən iki bükümdə marixuana almışdır. O, bükümləri gələcəkdə istifadə etmək üçün siqaret qutusuna tullamış, siqaret qutusunu isə şalvarın sağ cibində saxlamışdır. 11 dekabr 2021-ci il tarixdə saat 21 radələrində tanışı Nihad ona zəng edərək, kirayə maşın götürdüyünü və onunla Qax rayonuna gedib-qayıtmasını xahiş etmiş, o, da razı olaraq Nihadla görüşmüş və Nihadın kirayə götürdüyü «Hundai Elantra» markalı avtomaşına minərək Bakı şəhərindən çıxmışlar. Avtomaşını Nihad idarə etmişdir. 12 dekabr 2021-ci il tarixdə saat 09 radələrində Yevlax rayonu Xaldan kəndinə çatmışlar. Bir qədər sonra polis əməkdaşları onlara yaxınlaşıb özlərinin təqdim edərək onu və Nihadı rayon polis şöbəsinə gətirmişlər. Polis əməkdaşları rayon polis şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üstünə baxış keçirib, şalvarının sağ cibində siqaret qutusunda saxladığı iki bükükmdə olan narkotik vasitı olan marixuananı aşkar edərək götürmüşlər. Hazırda əməlindən peşman olmasını, İİ Qarabağ müharibəsi iştirakçısı olmasını bildirərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 17 fevral 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Yevlax rayon prokuroru qarşısında məsələ qaldırılması qərara alınmışdır; inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında 17 mart 2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmışdır; İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzinin X5 13 dekabr 2021-ci il tarixli 17/851 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Şəxs üzərindən aşkar edilmiş bir ədəd kibrit qutusunun içərisində...” sözləri və imzalar yazılmış zərfin içərisindəki; 1 (bir) kibrit qutusunun içərisində olan 02 (iki) ədəd kağız bükümlərdə ayrl-ayrılıqda təmiz çəkiləri – 0.21 qaram və 0.16 qram, ümumi təmiz çəkiləri-0.37 qram olan bitki mənşəli kütlələr tərkibindəki narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (Tədqiqata sərf edildi 0,04 qram, qalıq 0,33 qram). 0141428 nömnrəli hərbi biletin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası suverenliyi və ərazi büyövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi Yevlax rayon prokurorunun müavini X2 və barəsində inzibati icraat aparılan şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini (Azərbaycan Respublikası suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi), məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs oğluna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs oğlu Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz ) manat məbləğində cərimə edilsin. İş üzrə maddi sübut olan Yevlax Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalan təmiz çəkisi 0,33 qram olan narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın maddi sübutun məhv edilməsi hissəsində icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-293/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-293/2022
30.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver