Məhkəmə qərarları › İş №3(039)-294/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-294/2022

17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-294/2022 17.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X4 Bölməsinin polis sahə rəisi, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx.xx.1984-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri C.Cabbarlı küçəsi ev 5, mənzil 12. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 14 mart 2022-ci il tarixdə saat 17:50 radələrində Yevlax şəhəri Q.Quliyev küçəsində yerləşən Sənəm marketin yaxınlığında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş polis sahə rəisi, polis leytenantı İlqar Məmmədrzayev izah etdi ki, Yevlax Rayon Polis Şöbəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Tural Səlimov və əməliyyat müvəkkili, polis baş leytenantı Teymur Baxşəlıyev birlikdə 14 mart 2022-ci il tarixdə saat 17:50 radələrində Yevlax şəhəri Q.Quliyev küçəsində yerləşən “Sənəm” marketin yaxınlığında saxlanılan zaman Şəxs üzərində soyuq silah gəzdirməkdə şüqbhəli olduğunu bildirib Yevlax Rayon Polis Şöbəsinə dəvət etmişlər. Həmin şəxs Yevlax Rayon Polis Şöbəsinə gəlməkdən imtina edərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən və qərəzli şəkildə tabe olmamışdır. Bundan sonra o, polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon Polis Şöbəsinə və baş əməliyyat müvəkkili, polis baş leytenantı Tural Səlimov raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. O, 14 mart 2022-ci il tarixdə saat 17:50 radələrində Yevlax şəhəri, Q.Quliyev küçəsində yeləşən “Sənəm” marketin yaxınlığında dayanmışdır, yanında heç kim olmamışdır. Həmin vaxt heç bir ictimai qayda pozuntusu törətməmiş, söyüş söyməmişdir. Polis əməkdaşları ona yaxınlaşaraq onlarla şöbəyə getməyi bildirmişlər, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamaq kimi hərəkətlər etməmişdir. Bütün bu qeyd olunanları nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X7 bildirmişdir ki, Yevlax Rayon Polis Şöbəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Tural Səlimovla birlikdə 14 mart 2022-ci il tarixdə saat 17:50 radələrində Yevlax şəhəri Q.Quliyev küçəsində yerləşən “Sənəm” marketin yaxınlığında saxlanılan zaman Şəxs üzərində soyuq silah gəzdirməkdə şüqbhəli olduğunu bildirib Yevlax Rayon Polis Şöbəsinə dəvət etmişlər. Həmin şəxs Yevlax Rayon Polis Şöbəsinə gəlməkdən imtina edərək onların qanuni tələblərinə qəsdən və qərəzli şəkildə tabe olmamışdır. Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X13 məhkəmə iclasında şahid Teymur Baxşəliyevin verdiyi ifadəni təsdiq edərək eyni məzmunlu ifadə verdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahid ifadələrini və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, 17 mart 2022-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X1 Vüsal Əjdər oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi göstərilmişdir. Həmin Məcəllənin 535.1-ci maddəsinin tövsifedici əlaməti polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaqdan ibarətdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14 mart 2022-ci il tarixdə saat 17:50 radələrində Yevlax şəhəri, Q.Quliyev küçəsində “Sənəm” marketin yaxınlığında polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş 17 mart 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 17 mart 2022-ci il tarixdə saat 12:00-dan inzibati qaydada tutulmuşdur. Məhkəmə araşdırması zamanı Yevlax rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X6 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Yəni, polis əməkdaşının qanuni tələbinin nədən ibarət olması əsaslandırılmamış və Şəxs polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmaması sübut edilməmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1 və 76.2 -ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraa aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən və işə baxılarkən tədqiq edilmiş sübutlardan polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaması müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olmadığından başlanmış icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində başlanmış İnzibati Xətalar Məcəlləsinin 535.1-ci ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar