Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-296/2020 18.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X4, X1, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X3 Mirzağa Əbülağa oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə tərtib etdiyi inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri baxılması üçün Yevlax Rayon Məhkəməsinə təqdim etmişdir. Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusuX11 tərəfindən Şəxs barəsində xx xxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılmasıüçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta törədən Şəxs icra sənədinin icrası iləəlaqədar vaxt istəmiş və işə baxılması xx xxx 2020-ci il tarixə təxirə salınmışdır. İcra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X11 məhkəmə iclasında izahat verərək bildirdi ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1412/2016 №-li, xx xxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən X6, X12, X8 və X9 və sonuncuların iki azyaşlı övladları-Kamil və X2nun Yevlax rayonu, Havarlı kəndində yerləşən 1 hektar torpaq sahəsindən çıxrılsın və borclular Şəxs, X6, X8, X12 və X14 tərəfindən həmin torpaq sahəsindən inşa edilmiş tikillər cavabdehlərin öz vəsairləri hesabına sökülməlidir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs barəsində aparılmış icra tədbirləri nəticəsində üzərinə qoyulmuş müəyyən hərəkətləri etməkdən imtina etmişdir. Həmin hərəkətlərin icra edilməsi üçün borclu Şəxs dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq üzərinə qoyulmuş müəyyən hərəkətləri etməkdən imtina etmişdir. O, xx xxx 2020-ci il tarixdə şöbəyə verdiyi izahatında həmin icra sənədində qeyd edilən torpaq sahəsində inşa edilmiş tikililəri sökməkdən və həmin torpaq sahəsindən çıxmaqdan imtina etdiyini bildirmişdir. Borclu Şəxs qanunvericiliyin tələbləri izah edilməsinə baxmayaraq icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Ona görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Borclu Şəxs izahat verərək bildirdi ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1412/2016 №-li, xx xxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən X6, X12, X8 və X9 və sonuncuların iki azyaşlı övladları-Kamil və Cəllad iddiaçı X7 Yevlax rayonu Havarlı kəndində yerləşən 1 hektar torpaq sahəsindən çıxrılsın və cavabdehlər Şəxs, X6, X8, X12 və X14 tərəfindən həmin torpaq sahəsindən inşa edilmiş tikillər cavabdehlərin öz vəsairləri hesabına sökülməlidir. X21 ilə barışmış və iş üzrə icraata xitam verilməsini xahiş etdi. X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1412/2016 №-li, xx xxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən X6, X12, X8 və X9 və sonuncuların iki azyaşlı övladları-Kamil və Cəllad iddiaçı X7 Yevlax rayonu Havarlı kəndində yerləşən 1 hektar torpaq sahəsindən çıxrılsın və cavabdehlər Şəxs, X6, X8, X12 və X14 tərəfindən həmin torpaq sahəsindən inşa edilmiş tikillər cavabdehlərin öz vəsairləri hesabına sökülməlidir. Hazırda Şəxs ilə barışmış ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X4, tələbkar Vaqif Paşayinin və borclu Şəxs izahatlarını dinləyib, işdə olan sənədləri baxaraq belə hesab edir ki, inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə iclası zamanı müəyyən edildi ki, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 105.1-ci maddələrinin tələblərinə görə inzibati xəta tərkibi olmadıqda icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105.1 və 128.2.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-296/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-296/2020
18.05.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver