Məhkəmə qərarları › İş №3(039)-297/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-297/2020

19.05.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-297/2020 19.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİM : X3 yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətməsinə görə barəsində qəbul edilmiş inzibati tənbeh vermə barədə qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 izahatında bildirdi ki, idarə etdiyi VAZ 21154 Minik markalı, ** EH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığorta ilə icbari müqavilənin bağlanmamasına görə barəsində Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və 50 (əlli) manat inzibati cərimə edilmişdir. Maddi imkanı olmadığından cəriməni vaxtında ödəyə bilməmişdir. Həmin cərimənin məbləği 30 (otuz) manat dəbbə pulu olmaqla, cəmi 80 (səksən) manat olmuşdur və hazırda barəsində tətbiq olunmuş inzibati protokol üzrə cəriməni dövlət nəfinə ödəmişdir. Məhkəmədən barəsində olan cəriməni ödəməsini nəzərə alaraq, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 tərəfindən məhkəməyə təqdim edilmiş və sonuncu tərəfindən ödənilmiş xx xxx 2020-ci il tarixli qəbzdən görünür ki, X3 EQ ******* nömrəli protokol üzrə 80 (səksən) manat məbləğində olan inzibati cəriməni ödəmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529cu maddəsinin qeydinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Hesab edirəm ki, X3 inzibati cəriməni ödədiyindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətdən azad edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 115, 128.2.1, 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: xx xxxxxx 1985-ci il təvəllüdlü X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin və o, nəzərdə tutulan inzibati məsuliyyətdən azad edilsin. Qərardan 10 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə, ŞəkiApellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar