Məhkəmə qərarları › İş №3(039)-298/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-298/2022

21.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-298/2022 21.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis mayoru X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 05 iyul 1996-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan. Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokollarda qeyd olunur ki, Şəxs 20 fevral 2022-ci il tarixdə ünvan 2-da yaşayan X8 həyətindən 10 ədəd toyuqları, 27 fevral 2022-ci il tarixdə ünvan 4-də yaşayan X6 həyətindən 6 ədəd toyuqları və 05 mart 2022-ci il tarixdə ünvan 5də yaşayan X2 həyətindən 3 ədəd toyuqları və bir ədəd dəmir borunu oğurlamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, yəni xırda talama oğurlama, mənimsəmə, israfçılıq qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati xətasını törətmişdir. Bununla bağlı Şəxs barəsində inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş polis sahə rəisi, polis mayoru Qurban Qasımov izah etdi ki, ünvan 2 ünvanında yaşayan X13 20 fevral 2022-ci il tarixdə Yevlax Rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək, 19 fevral 2022-ci il tarixdən 20 fevral 2022-ci il tarixə keçən gecə ona məxsus həyatyanı sahədən 70 manat dəyərində 10 ədəd toyuqların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat vermiş, ünvan 4 ünvanında yaşayan X12 27 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng Mərkəzi Sisteminə zəng edərək, həyətindən 6 ədəd toyuqlarının oğurlanması barədə məlumat vermiş və ünvan 5 ünvanında yaşayan X9 05 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng Mərkəzi Sisteminə zəng edərək, həyətindən 3 ədəd toyuqların və 1 ədəd dəmir borunun oğurlanması barədə məlumat vermişlər. Bundan sonra Yevlax Rayon Polis X4 araşdırma aparılmışdır. Yevlax Rayon Polis X5 01 mart 2022-ci il tarixli, 07 mart 2022-ci il tarixli və 15 mart 2022-ci il qərarları ilə toplanmış material üzrə törədilmiş əməllərdə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə xırda talama inzibati xətası baş verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati xətalar haqqında iş üzrə icraat aparılması üçün qərarların surəti Yevlax Rayon Polis X1 Bölməsinə göndərilmişdir. Bundan sonra inzibati xətanı Şəxs törətməsi müəyyən olunduğundan barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xətalara görə, ayrıayrılıqda inzibati protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, heç bir yerdə işləmir, maddi vəziyyəti ağırdır. Özünü dolandırmaq məqsədi ilə ayrı-ayrı vaxtlarda oğurluq hadisəsi etmişdir. Oğurladığı toyuqları tanımadığı şəxslərə satmışdır. Vaxt verilərsə oğurladığı toyuqları zərər çəkmiş şəxslərə alıb qaytaracaqdır. Hazırda törətdiyi inzibati xətaya görə səmimi peşmandır. İşə baxılması ilə əlaqədar keçirilən məhkəmə iclasınının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq zərərçəkmiş şəxslər X12, X13 və X9 məhkəməyə gəlməmişlər. Telefon əlaqəsi zamanı zərərçəkmiş şəxslər məhkəməyə gələ bilmədiklərini göstərib onlara dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini xahiş etmişlər. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı və işin digər materialları ilə tam təsdiq edilmişdir 19 mart 2022-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 19 mart 2022-ci il tarixdə saat 21:00-dan inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublıikası İnzibati Xətalar Məcəlləsi: Maddə 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Maddə 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Maddə 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Maddə 34.4. Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Zərəz çəkmiş şəxslər X10, X11 və X3 dəymiş zərərin ödənilməsi tələbi ilə əlaqədar olaraq mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48- 51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) ay müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs inzibati qaydada tutulduğu vaxtdan, yəni 19 mart 2022-ci il tarixdən saat 21:00-dan hesab edilsin. Qərarın icra Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar