Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-299/2022 21.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X6, Zərərçəkmiş şəxs X7 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2 iştirakı ilə, Şəxs–xx.xx.1978-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax rayonu Aşağı Qarxun kəndində yaşayan. Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 22 fevral 2022-ci il tarixdə Yevlax şəhəri Kür küçəsi 126 saylı evdən Ramilə Musayevayə məxsus Redmi markalı mobil telefon oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş polis sahə rəisi, polis mayoru Əmirxan Namazov izah etdi ki, Yevlax şəhəri İ Kür küçəsi ev 8-də yaşayan X10 22 fevral 2022-ci il tarixdə və 24 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, keçmiş əri Ramin Məmmədovun 07 fevral 2022-ci il tarixdə yaşadıqları evdən Redmi markalı mobil telefonu oğurlaması, Ramin Məmmədov mütəmadi olaraq telefonla zəng edərək onları söydüyünü, öldürməklə hədələdiyini bildirmişdir. Bu barədə Yevlax RPŞ-nin TB-də araşdırma aparılmışdır. Yevlax Rayon Polis X4 04 mart 2022-ci il tarixli qərarı ilə, Ramin Məmmədovun əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Ramin Məmmədovun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Yevlax RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə Ramin Məmmədov barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 07 fevral 2022-ci il tarixdə Yevlax şəhəri Kür küçəsi 8 saylı evdən arvadı Ramilə Musayevaya məxsus Redmi markalı mobil telefonu oğurlamışdır. Hal-hazırda oğurladığı mobil telefonu arvadı Ramilə Musayevaya qaytarmışdır. Məhkəmə iclasında zərəçəkmiş şəxs X10 izah etdi ki, təxminən 2 il əvvəl 380 manata aldığı Redmi 8A markalı mobil telefonu 07 fevral 2022-ci il tarixdə yaşadığı evdən Şəxs oğurlamışdır. Bundan başqa Şəxs mütəmadi olaraq ona zəng edərək təhqir etmişdir. Bundan sonra o, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Hazırda Şəxs oğurladığı mobil telefonu ona geri qaytarmış, lakin Şəxs şikayətçidir, barəsində qanuni tədbir görülməsini xahiş etdi. İşə əlavə edilmiş 20 mart 2022-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 20 mart 2022-ci il tarixdə saat 20:30-dan inzibati qaydada tutulmuşdur. İşə əlavə edilmiş Yevlax Rayon Polis X5 təhqiqatçısı, polis kapitanı X8 04 mart 2022-ci il tarixli cinayət işinin başlanması rəd edilməsi haqqında qərarından görünür ki, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşmancılıq çəkməsini məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən halı nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər inzibati tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 240 (iki yüz qırx) saat ictimai işlər inzibati tənbehi tətbiq edilsin. 20 mart 2022-ci il tarixdən 21 mart 2022-ci il tarixədək 1 (bir) gün müddətində həbsdə saxlanılması nəzərə alınaraq təyin edilmiş cəza yüngülləşdirilərək Şəxs barəsində 200 (iki yüz) saat ictimai işlər inzibati tənbehi tətbiq edilsin. Şəxs elektron nəzarət vasitələri tətbiq edilməklə, üzərinə elektron nəzarət vasitəni ictimai işlərin yerinə yetirildiyi vaxtların cədvəlinə uyğun üzərində daşımaq, istifadə etmək, işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərarın icrası Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkil X2 göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-299/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-299/2022
21.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver