Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-3/2021 12.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında xx xxxxxx 2014-cü il tarixli SNƏ/140027 saylı qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli VN 311506 saylı inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X4 tərəfindən xx.xx.2014-cü il tarixdə qəbul edilmiş SNƏ/140027 saylı inzibati xəta haqqında qərar ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (2016-ci il martın 1-ə qədər qüvvədə olmuş) 64.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 5000 manat məbləğində cərimə edilmişdir. Səlahiyyətli orqanın qərarına görə, X3 xx xxxxxx 2014-cü il tarixdə ünvan 1 ünvanında yerləşən obyektdə lisenziya olmadan əczaçılıq fəaliyyəti göstərmişdir. Bununla əlaqədar səlahiyyətli orqan tərəfindən xx.xx.2014-cü il tarixli VN 311506 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X4 tərəfindən xx xxxxxx 2014-cü il tarixli SNƏ/140027 saylı inzibati xəta haqqında qərar qəbul edilərək X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 manat məbləğində cərimə edilmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X4 tərəfindən xx.xx.2014-cü il tarixdə qəbul edilmiş SNƏ/140027 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən obyektdə fiziki şəxs kimi əczaçılıq fəaliyyəti göstərir. Lakin səlahiyətli orqanın qərarına əsasən o, hüquqi şəxs kimi məsuliyətə cəlb olunmuşdur. Bu səbəbdən də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında xx xxxxxx 2014-cü il tarixli SNƏ/140027 saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs və səlahiyətli orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə inzibati xəta haqqında qərardan şikayət vermiş şəxsin və səlahiyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: SNƏ/140027 saylı xx.xx.2014-cü il tarixli inzibati xəta haqqında qərardan görünür ki, X3 xx xxxxxx 2014-cü il tarixdə ünvan 1 ünvanında yerləşən obyektdə lisenziya olmadan əczaçılıq fəaliyyəti göstərərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; 11 saylı X5 tərəfindən məhkəməyə təqdim edilmiş “Fiziki şəxs haqqında” məlumatlardan görünür ki, X3 əsas fəaliyyət növü –ixtisaslaşdırılmış mağazalarda əczaçılıq mallarının pərakəndə satışı olmaqla xx.xx.2008-ci il tarixdə 11 saylı X1 qeydiyyatan keçmişdir. 2016-ci il martın 1-ə qədər qüvvədə olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.1-ci maddəsinə əsasən, xüsusi razılıq (lisenziya) olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə -fiziki şəxslər iki min manatdan üç min manatadək, vəzifəli şəxslər beş min manatdan on min manatadək, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək miqdarda cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X4 tərəfindən xx.xx.2014-cü il tarixdə qəbul edilmiş SNƏ/140027 saylı inzibati xəta haqqında qərar, inzibati iş üzrə inzibati xəta haqqında qərardan verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, X3 xx xxxxxx 2014-cü il tarixdə ünvan 1 ünvanında yerləşən obyektdə lisenziya olmadan əczaçılıq fəaliyyəti göstərməsi halı aşkar olunmuş və o, İnzibati Xətalar Məcəlləsinin 64.1-ci maddəsi ilə təqsirli bilinib, vəzifəli şəxs kimi barəsində 5000 manat məbləğində cərimə tətbiq olunmuşdur. X3 şikayət ərizəsində xüsusi razılıq (lisenziya) əsasında əczaçılıq fəaliyyəti ilə məşğul olma tələbinə əməl etməyərək ünvan 1 ünvanında yerləşən obyektdə lisenziya olmadan əczaçılıq fəaliyyəti göstərməsi kimi izahatı ilə faktiki olaraq qeyd olunan tarixdə tərəfindən törədilmiş olan inzibati xətanı etiraf etmiş olur. Belə olan halda xx xxxxxx 2014-cü il tarixdə qeyd edilən inzibati xətanın törədilməsi iş materiallarında olan sənədlər və ümumi məlum olan faktlarla təsdiq edildiyindən, inzibati qərar əsasında X2 törədilmiş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurmur. X2 şikayət ərizəsində ifadə olunmuş dəlili ondan ibarətdir ki, o, inzibati məsuliyyətə fiziki şəxs kimi cəlb edilməli idi. Məhkəmə şikayətçinin bu dəlilinə münasibətdə bildirir ki, Sevda Hüseynova xx.xx.2008-ci il tarixdən vergi ödəyicisi kimi vergi orqanında qeydiyyata alınmış və bu səbəbdən səlahiyyətli orqan tərəfindən Sevda Hüseynova vəzifəli şəxs kimi məsuliyyətə cəlb olunmasında hər hansı qanun pozuntusu olmamışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini, X4 tərəfindən SNƏ/140027 saylı xx.xx.2014-cü il tarixdə qəbul edilmiş inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini, X4 tərəfindən SNƏ/140027 saylı xx.xx.2014-cü il tarixdə qəbul edilmiş inzibati xəta haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-3/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-3/2021
12.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver