Məhkəmə qərarları › İş №3(039)-3/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-3/2022

21.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-3/2022 21.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Şikayət vermiş şəxs X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10 dekabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X3 şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10 dekabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı qərarı ilə X6 Azərbaycan Respublikası İXM-in 541-ci maddəsi ilə təqsirli bilinib, 600 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərardan narazı qalan X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 10 dekabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi 10 dekabr 2021-ci il tarixdə onun iştirakı olmadan əsassız olaraq qərar qəbul etmiş və 600 manat cərimə olunması barədə ona məktub ilə bildirmişdir. Ondan şikayət edən Qüdrət Yunisov onu dəfələrlə təhdid edərək, evinin yağış sularını onun həyətinə axıtmışdır. Bu barədə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8 şikayətə etiraz edərək izahatında göstərmişdir ki, X6 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsaslıdır. Belə ki, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti yoxlanılmış və 16 may 2021-ci il tarixdə akt tərtib edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, X4 məxsus həyət evində saxladığı mal-qaranın tullantıları qanunsuz olaraq bələdiyyəyə məxsus əhalinin gediş-gəliş yoluna atılır. Həmin pozuntu ilə bağlı X4 19 may 2021-ci il tarixli Məcburi Göstəriş verilərək tapşırığın yerinə yetirilməsi xahiş edilmiş və həmin tapşırıq yerinə yetirilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulan qaydada barəsində icraat aparılacağı haqqında xəbərdar edilmişdir. Bundan sonra qeyd olunan göstəriş üzrə X6 tərəfindən tapşırıq icra edilməmişdir. 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə 10 dekabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək sonuncu 600 manat məbləğində cərimə edilmişdir. Qeyd olunanlara əsasən də, şikayətin əsassız olduğundan təmin edilməməsini və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10 dekabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı qərarın ləğv edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 10 dekabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı qərarına əsasən 600 manat cərimə olunmuşdur. Həmin cəriməni hissə-hissə hər ay ödəyəcəyini öhdəsinə götürür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 30.11.2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 10.12.2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 30.11.2021-ci il tarixli, seriyalı ******* saylı protokolda qeyd edilən qaydaların pozması faktı aşkar edilmiş və nəticədə X6 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi üçün onun barəsində 600 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını məhkəmədə toplanmış sübutlarla birlikdə əhatəli şəkildə araşdıraraq hesab edir ki, X6 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Qanunvericiliyin qeyd olunan tələbindən göründüyü kimi, ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti yaradır. X6 fiziki şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsinə səbəb ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin müddətli məcburi göstərişinin əvvəlcədən müəyyən edilmiş müddətə icra edilməməsi olmuşdur. Yuxarıda sadalanan hallara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X6 barəsində qəbul edilmiş 10 dekabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsaslı olmaqla, sonuncu barəsində aparılmış inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X3 şikayətində qeyd olunan hallar qərarın ləğv olunması üçün əsas ola bilməz, ona görə də sonuncu barəsində Azərbaycan Respublikası İXM-in 541-ci maddəsi ilə təqsirli bilinib, 600 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10 dekabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı qərarı dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-129, 133- 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 10 dekabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10 dekabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar