Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-30/2020 16.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi ilə ünvan 1lax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1969-cu il tarixdə ünvan 1lax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1lax şəhəri, Şəhriyar küçəsi, ev ünvanında qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə ünvan 1lax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: ünvan 1lax Rayon Polis Şöbəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 11:50 radələrində ünvan 1lax şəhəri Şəhriyar küçəsində yüksək səslə ucadan səsküy salıb ictimai qaydanı pozaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş ünvan 1lax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X2 çıxış edərək bildirmişdir ki,X4 Azərbaycan Respublikası DİN-in “102” xidməti zəng mərkəzi sisteminə və ünvan 1lax RPŞ-nə qardaşı Şəxs spirtli içki qəbul edərək sərxoş vəziyyətdə onu narahat etməsi barədə müraciəti ilə əlaqədar o, xx.xx.2020-ci il tarixdə saat 11:50 radələrində həmin ünvana gedərkən, ünvan 1lax şəhəri Şəhriyar küçəsində yaşayan Şəxs sərxoş vəziyyətdə, küçədə ictimai yerdə ictimai qaydanı pozduğunu, ucadan danışaraq səs-küy saldığını görüb ona yaxınlaşıb və onu nizam-intizama dəvət etmişdir. Lakin o öz qanunsuz əməllərini davam etdirdiyi üçün saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü tam təqsirli bildiyini qeyd edərək vermiş olduğu izahatında göstərmişdir ki,xx.xx.2020-ci il tarixdə sərxoş olduğundan polisin qanuni tələblərinə tabe olmamışdır. Barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 11:50 radələrində ünvan 1lax şəhəri Şəhriyar küçəsində yüksək səslə ucadan səs-küy salıb ictimai qaydanı pozaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; ünvan 1lax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X1 xx.xx.2020-ci il tarixli raportunda göstərilmişdir ki, X4 Azərbaycan Rspublikası DİN-in “102” xidməti zəng mərkəzi sisteminə və ünvan 1lax RPŞ-nə qardaşı Şəxs spirtli içki qəbul edərək sərxoş vəziyyətdə onu narahat etməsi barədə müraciəti ilə əlaqədar o, xx.xx.2020-ci il tarixdə saat 11:50 radələrində həmin ünvana gedərkən, ünvan 1lax şəhəri Şəhriyar küçəsində yaşayan Şəxs sərxoş vəziyyətdə, küçədə ictimai yerdə ictimai qaydanı pozduğunu, ucadan danışaraq səs-küy saldığını görüb ona yaxınlaşıb və onu nizam-intizama dəvət etmişdir. Lakin o öz qanunsuz əməllərini davam etdirdiyi üçün saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir; xx xxxxxx 2020-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 12:00-da tutulmuşdur; 26 №-li, xx xxxxxx 2020-ci il tarixli alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs xx xxxxxx 2020-ci il tarixdə orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir; X3 xx.xx.2020-ci il tarixli ərizəindən görünür ki, onunla eyni ünvanda yaşayan qardaşı Şəxs mütamadi olaraq spirtli içki qəbul edib onu narahat edir, spirtli içki almaq üçün ondan pul tələb edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahid izahatları eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM-32.1.1), məsuliyyəti ağırlaşdıran hal kimi - inzibati xətanın sərxoş şəxs tərəfindən törədilməsini (İXM-nin 33.1.7) nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 12:00-dan hesablansın. Qərarın icrası ünvan 1lax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayətverilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-30/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-30/2020
16.01.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver