Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-300/2022 21.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis mayoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx.xx.1963-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri Ü.Hacıbəyov küçəsi ev 104. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 19 mart 2022-ci il tarixdə saat 23:00-da Yevlax şəhəri Nizami prospektində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş polis sahə rəisi, polis mayoru Qurban Qasımov izah etdi ki, 19 mart 2022-ci il tarixdə saat 23:00-da Yevlax Rayon Polis Şöbəsinin PPXB-nün polis nəfəri, polis baş serjantı Məhəmməd Zülfüqarov və polis nəfəri, polis baş serjantı Nofəl Bayramov birlikdə Yevlax şəhəri Nizami prospektində xidmətdə olarkən ictimai yerdə ünvansız nalayiq söyüşlər söyərək, ictimai qaydanı pozan şəxsə yaxınlaşmış və özlərini təqdim etmişlər. Həmin şəxsi nizam-intizama dəvət etmələrinə baxmayaraq o, polisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra polis nəfəri, polis baş serjantı Nofəl Bayramov raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 19 mart 2022-ci il tarixdə saat 23 radələrində Yevlax şəhəri Nizami prospektində əsəbi halda telefonla danışan zaman polis əməkdaşları ona yaxınlaşıb onu nizam-intizama dəvət etmişlər. O, əsəbi olduğu üçün öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra polis əməkdaşları onu Yevlax Rayon Polis Şöbəsinə gətirmişlər. Hazırda əməlindən səmimi peşmandır. Yevlax Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis baş serjantı X6 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirmişdir ki, 19 mart 2022-ci il tarixdə saat 23:00-da Yevlax Rayon Polis Şöbəsinin PPXB-nün polis nəfəri, polis baş serjantı Məhəmməd Zülfüqarovla birlikdə Yevlax şəhəri Nizami prospektində xidmətdə olarkən ictimai yerdə ünvansız nalayiq söyüşlər söyərək, ictimai qaydanı pozan şəxsə yaxınlaşmış və özlərini təqdim etmişlər. Həmin şəxsi nizam-intizama dəvət etmələrinə baxmayaraq o, onların tələbinə qəsdən tabe olmadığı üçün tərəfindən saxlanılaraq Yevlax rayon Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra o, raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət etmişdir. Polis nəfəri, polis baş serjantı X3 məhkəmə iclasında şahid Nofəl Bayramovun verdiyi ifadəni təsdiq edərək eyni məzmunlu ifadə verdi. 19 mart 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 19 mart 2022-ci il tarixdə saat 23:20-dən inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun əməlini səmimi etiraf edib, əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun inzibati xətanı sərxoş vəziyyətdə törətməsini ağırlaşdıran hal kimi nəzərə alınır. Beləliklə, Şəxs istinad edilən inzibati xətanı törətməsi təqsiri özünün etirafı, şahid ifadəsi və işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati Xətalar Məcəlləsi: Maddə. 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Maddə. 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngüləşdirən halı nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla həmin məcəllənin 535.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-300/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-300/2022
21.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver