Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-300/2025 12.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Yevlax rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu, Salamabad kədində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, 12 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Yevlax rayonunun Yuxarı Salmanabad kəndində ictimai qaydanı pozduğu üçün onu sakitləşdirməyə çalışan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 çıxış edərək bildirmişdir ki, Yevlax rayonunun Yuxarı Salmanabad kənd sakini Şəxs social şəbəkələrdə nalayiq ifadələr işlətdiyindən polis şöbəsinə məlumat verilmişdir. Bu səbəbdən polis əməkdaşları 11 fevral 2025-ci il tarixdə Şəxs izahatını almaq üçün sonuncunu yaşadığı ünvana, yəni Yevlax rayonunun Yuxarı Salmanabad kəndinə getmişlər. Polis əməkdaşları Şəxs social şəbəkədəki paylaşımlarla bağlı izahatının alınması üçün polis şöbəsinə dəvət etmişlər. Lakin, Şəxs səs-küy salmış və onu sakitləşdirmək istəyən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs çıxış edərək polis əməkdaşının göstərdiyi xüsusatın doğru olduğunu, aqressiv olduğu üçün belə hallara yol verdiyini, anasının xəstə olduğunu, əməlindən səmimi peşmançılığını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 çıxış edərək bildirdi ki, Yevlax rayonunun Yuxarı Salmanabad kənd sakini Şəxs social şəbəkələrdə qeyri-etik paylaşımlar etməsi ə rəylər bildirməsi barədə daxil olmuş əməliyyat məlumatına əsasən məlumatın yoxlanılması, Şəxs polis şöbəsinə dəvət olunaraq izahatının alınması və profilaktiki söhbətlərin aparılması məqsədilə Yexlax RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Tofiq Cəfərov ilə birlikdə xx.xx.2025-ci il tarixdə Yevlax rayonunun Səmədabad kəndinə getmişlər. Onlar təxminən saat 17 radələrində kənd ərazisində olan zaman Şəxs sosial şəbəkələrdə etdiyi paylaşımlar ilə bağlı izahatının alınması məqsədilə onlarla birlikdə polis şöbəsinə getməli olduğunu izah etmişlər. Bu zaman Şəxs etiraz etmiş və kəndin mərkəzi küçəsində ucadan səs-küy salmağa başlamışdır. Daha sonra onlar Şəxs nizam-intizama dəvət etmişlər, lakin sonuncu öz əməllərinə davam etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı, 12 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17 radələrində Yevlax rayonunun Yuxarı Salmanabad kəndində ictimai qaydanı pozduğu üçün onu sakitləşdirməyə çalışan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati qaydada tutma haqqında 022951 saylı xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:35-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin və şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), ağırlaşdırılan halların isə olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 17:35-dən hesablansın. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-300/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-300/2025
12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver