Məhkəmə qərarları › İş №3(039)-302/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-302/2025

27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-302/2025 27.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, Yevlax rayon X4 X6 yol patrul xidmətinin inspektoru polis serjantı X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984 - cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, Mingəçevir şəhəri, 20 Yanvar küçəsi ev 23, mənzil 17də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon X4 Yol Polis Bölməsindən daxil olmuş xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 21:32 radələrində Yevlax rayonu ərazisində idarə etdiyi «VAZ 21140” markalı, K054AY05 dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunmuş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Yevlax X4 X6 yol patrul xidməti inspektoru X3 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Yevlax-Xaldan yolu ərazisində idarə etdiyi “VAZ 21140” markalı, K054AY05 dövlət qeydiyyat nişanlı avtomobili işıq cihazlarından istifadə qaydalarını pozmağa görə saxlanılmış, bu zaman sürücünün hərəkətlərinin adekvat olmadığı müəyyən olunmuşdur. Buna əsasən sürücü tibbi müayinədən keçirilmiş, müayinə nəticəsində sürücünün narkotik vasitədən istifadə etməsi müəyyən edilmişdir. Nəticədə Şəxs avtomobili eyni zamanda narktoik vasitəsinin təsiri altında idarə etdiyi müəyyən olunmuş və sonuncunun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərdi ki, onu xx.xx.2025-ci il tarixdə Yevlax rayonundan Mingəçevir şəhərinə gedərkən yol patrul xidməti inspektoru X1. Polis əməkdaşı ona idarə etdiyi avtomobilə dair etibarnaməsinin qaydasında olmadığını bildirdikdə isə ona Rusiyada verilmiş etibarnaməni təqdim etmişdir. Daha sonra sərxoşluğun müayinəsi üçün onu Mingəçevir şəhərində olan xəstəxanaya aparmış və müayinədən keçirmişlər. Nəticədə marixuana istifadə etdiyi ona bildirilsə də bununla razı deyil, o heç bir zaman narkotik vasitə istifadə etməmişdir. Himayəsində 4 uşağının olduğunu, uşaqlarından birinin vaxtsız vəfat etdiyini, ailə vəziyyətinin çətin olmasını bildirərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, polis əməkdaşları tərəfindən tərtib olunmuş inzibati xəta ilə bağlı protokolla və tibbi müayinəsi aktı ilə razı olması barədə qeydləri özü tərəfindən yazılmışdır, yenidən müayinədən keçirilməsini xahiş edir . Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, Şəxs İXM-in 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özü etiraf etməsə də, iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, Şəxs İXM-in 333-1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 21:32 radələrində Yevlax rayonu ərazisində idarə etdiyi «VAZ 21140” markalı, K054AY05 dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunmuş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2025-ci il tarixli, 471 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən Şəxs marixuana sərxoşluğu müəyyən edilmişdir (Şəxs tibbi müayinəsi aktı ilə razı olması barədə qeydlər yazmışdır). AA seriyalı ******* nömrəli, AA seriyalı ******* nömrəli, AA seriyalı 642815 nömrəli və AZE seriyalı 11591884 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Şəxs xx.xx.2021ci il təvəllüdlü, xx.xx.2019-cu il təvəllüdlü, xx.xx.2013-cü il təvəllüdlü və xx.xx.20217-ci il təvəllüdlü uşaqları vardır. Məhkəmə, Şəxs özünü təqsirli bilməməsi, yəni nəqliyyat vasitəsinin narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməməsi ilə bağlı izahatını inandırıcı hesab etmir və bunu inzibati məsuliyyətdən yayınmaq üçün verilən izahat kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü həmin hissədə təqsirli bilməməsi ilə bağlı dəlilləri məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı sübutlarla təkzib olunur. Belə ki: - Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2025-ci il tarixli, 471 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən Şəxs marixuana sərxoşluğu müəyyən edilmiş, sonuncu özü də keçirilmiş müayinənin nəticələri ilə razılığını qeyd etmişdir; - xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 21:32 radələrində Yevlax rayonu ərazisində idarə etdiyi «VAZ 21140” markalı, K054AY05 dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunmuş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir ; - Şəxs məhkəmə iclasında verdiyi izahatında hadisə baş verdikdən sonra polis əməkdaşları tərəfindən tərtib olunmuş inzibati xəta ilə bağlı protokolla və tibbi müayinəsi aktı ilə razı olması barədə qeydləri özü tərəfindən yazıldığını göstərmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, iş üzrə toplanmış sübutlara, o cümlədən sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına, işin hallarına hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymət verərək hesab edir ki, Şəxs İXM-in 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-in 32 və 33-cü maddələrinə əsasən məhkəmə iclasında Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən hal kimi himayəsində azyaşlı uşaqlarının olmasını məhkəmə nəzərə alır, onun əməlində ağırlaşdıran hallar müəyyən edilmədi. 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və xəta törədən şəxsin şəxsiyyətini, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 333-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar