Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-304/2021 22.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Şikayət vermiş şəxs X21 İstismar İdarəsinin rəisinin nümayəndəsi X5, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti (DƏMX) Mingəçevir regional ərazi şöbəsinin nümayəndəsi X3 iştirakları ilə, “X20 İstismar İdarəsi” ASC-nin rəisi X10 X8 Xidməti Mingəçevir regional ərazi şöbəsinin inzibati tənbeh vermə haqqında MN ******* №-li, 04 mart 2021-ci il tarixli qərarından verdiyi şikayətinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: “X20 İstismar İdarəsi” ASC-nin rəisi İlyas Səfərov DƏMX Mingəçevir regional ərazi şöbəsinin inzibati tənbeh vermə haqqında MN ******* №-li, 04 mart 2021-ci il tarixli qərarından şikayət ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, həmin qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, ƏƏSMN yanında X11 Xidməti Mingəçevir regional ərazi şöbəsinin rəisi Məmməd Bayramov tərəfindən qəbul edilmiş inzibati xəta haqqında 04 mart 2021-ci il tarixdə MN ******* nömrəli qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinib 1,500 manat məbləğində cərimə edilmişdir. Həmin qərar İnzibati Xətalar Məcəlləsinin və Əmək Məcəlləsinin tələblərinin pozulması ilə çıxarılmışdır. Qərar və protokolda onun vəzifəli şəxs olaraq Əmək Məcəlləsinin 12, 69, 83 və 172-ci maddələrini pozduğu ümumi şəkildə göstərilərək qeyd olunmuş, məhz hansı hərəkətinin (hərəkətsizliyinin) hansı müddəanın tələbini pozduğu qeyd olunmamışdır. Tərtib edilmiş inzibati xəta haqqında protokolda hüquq və vəzifələrinin ona izah olunması göstərilsə də, protokol onun iştirakı olmadan tərtib edildiyindən onun tərəfindən imzalanmamışdır. Ona hüquq və vəzifələrinin nədən ibarət olması barədə bildiriş də göndərilməmiş, ona göndərilmiş 23 fevral 2021-ci il tarixli məktuba yalnız barəsində tərtib edilmiş protokol əlavə edilmişdir. Protokolda həmçinin Azərbaycan Republikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi də qeyd olunmuşdur. X4 və X14 ilə əmək müqaviləsinə xitam verilməsində və onlarla son haqq hesabın aparılması ilə bağlı ödənişlərin gec edilməsində təqsiri yoxdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2018-ci il tarixli, 229 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası ƏƏSMN tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxs (DOST Agentliyi) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyasına müvafiq olaraq vətəndaşların ictimai işlərə cəlb olunması ilə əlaqədar effektiv və səmərəli idarəetmənin təşkili məqsədilə DOST Agentliyinin tabeliyində “xxxx” MMC yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən iri dövlət müəssisələri və təşkilatlarında haqqı ödənilən ictimai iş yerləri təşkil olunmuşdur. Tapşırığın regional səviyyədə icrası məqsədilə X20 İstismar İdarəsində ictimai iş yerləri yaradılmış və işsiz vətəndaşlar aidiyyəti orqanların göndərişinə əsasən işə qəbul edilmişdir. Azərbaycan Respublikası ƏƏSMN tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırmaqla ictimai işlərin təşkilinə dair yeni mexanizm hazırlanmış və onun icrası DOST Agentliyinə tapşırılmışdır. Yeni mexanizmin icrası ilə bağlı X20 İstismar İdarəsinin tabe olduğu “xxxx” ASC ilə “xxxx” MMC arasında ictimai işlərin təşkili və işsiz vətəndaşların haqqı ödənilən ictimai işlərə cəlb olunması sahəsində birgə fəaliyyət göstərmək barədə razılıq əldə edilmişdir. Buna müvafiq olaraq 05 yanvar 2020-ci iltarixdə X20 İstismar İdarəsi ilə “xxxx” MMC arasında “İşçi qüvvəsinin təmin edilməsinə dair” saziş bağlanmışdır. Sazişə əsasən X20 İstismar İdarəsində görülməli olan ictimai işlər barədə “xxxx” MMC-ə məlumat verməli, həmin işlər “xxxx” MMC tərəfindən icra edilməlidir. Qeyd edilənlərin qanunvericiliyə uyğun icra edilməsi məqsədilə X20 İstismar İdarəsi, “xxxx” MMC və X20 İstismar İdarəsində olan ictimai işlərdə işləyən işçilərin hər biri ilə ayrıayrılıqda üçtərəfli razılaşma bağlanmışdır. Ondan ƏƏSMN yanında X7 şikayət edən X4 və X14 ilə də 05 yanvar 2021-ci il tarixdə eyni qaydada razılaşma bağlanmışdır. Həmin razılaşmara görə X20 İstismar İdarəsində olan ictimai işlərdə işləyən işçilər 05 yanvar 2021-ci il tarixdə “xxxx” MMC-ə işə qəbul edilməli imiş. Onların işə qəbul edilməsində, əmək müqaviləsi üzrə bildirişlərin müvafiq sitemə yerləşdirilməsində problemin yaranmaması üçün onlarla X20 İstismar İdarəsi arasında bağlanmış əmək müqavilələrinə vaxtında xitam verilməli imiş. Belə ki, həmin razılaşmaların 2.3-cü bəndinə əsasən X20 İstismar İdarəsində olan ictimai işlərdə işləyən işçilər onlarla X20 İstismar İdarəsi arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə və xxxx MMC-ə işə keçirilmələrinə razılıq verməyi öhdələrinə götürmüşlər. Buna müvafiq olaraq razılaşmanın 2.1-ci bəndinə əsasən xxxx MMC həmin işçiləri 05.01.2021-ci il tarixdən işə götürməyi, 2.2.1 -ci bəndə görə isə X20 İstismar İdarəsi həmin işçilərlə başlanmış əmək müqaviləsinə xitam verməyi öhdələrinə götürmüşlər. Bundan başqa X20 İstismar İdarəsi dövlət büdcəsindən maliyyələşir. Hər ilin sonunda növbəti il üçün idarənin büdcəsi təsdiq olunur və maliyyələşmənin həyata keçirilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən X20 İstismar İdarəsinin hesabına mədaxil edilməsi mümkün olur. Buna görə də hər ilin əvvəllərində X20 İstismar İdarəsinin bank hesabında vəsait olmur. 2021-ci ildə İdarənin bank hesabına ilk mədaxil 29 yanvar 2021 -ci il tarxidə olmuş, buna görə də şikayətçilərə 03 fevral 2021-ci il tarixdə ödəniş etmək mümkün olmuşdur. X16 Kanalı İstismar İdarəsinin tabe olduğu Meliorasiya və Su Təsərrüfatı ASC-dən İdarəyə filan tarixdə göstəriş xarakterli məktub daxil olmuş, və xxxx ilə bağlanmış müqavilənin icrası ilə əlaqədar İdarədə ictimai iş hesab edilən işlərdə çalışan işçilərələ əmək müqaviləsinə xitam verilərək onların xxxx MMC-ə işə keçirilmələri tapşırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Göründüyü kimi onlarla əmək müqaviləsinə xitam verilməsi və son haqq hesabın gec ödənilməsi mənim iradəmdən kənar olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilən qaydalara uyğun olaraq həmin Nazirliyin tabeliyində olan bir qurumla bağlanmış müqavilənin icrası ilə əlaqədar Nazirliyin tabeliyində olan digər orqan tərəfindən cəzalandırılmışdır. Təqsirsiz olduğuna görə əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmadığından işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən xitam verilməlidir. Bundan başqa inzibati xəta hesab edilən əməl hüquqazidd xarakterli və zərərli nəticələrə səbəb olmalıdır. Onun əməli isə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun şəkildə müstəqil olaraq bağlanmış müqavilədən gələn öhdəlik olmaqla, həmçinin yuxarı orqanın qanuni göstərişinə uyğun olmuşdur. Şikayət vermiş şəxs X21 İstismar İdarəsinin rəisinin nümayəndəsi Şəhruz Rəsulov məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Mingəçevir regional ərazi şöbəsinin nümayəndəsi Camal Camalzadə bildirmişdir ki, vətəndaş X2 və həyat yoldaşı X6 qanunsuz işdən çıxarılmaları barədə Azərbaycan Respublikası Birinci vitse-prezidentinin ünvanına daxil olmuş müraciəti əsasında şöbə tərəfindən aparılmış araşdırılma nəticəsində X21 İstismar İdarəsinin rəisi İlyas Səfərova baş vermiş inzibati xətanın aradan qaldırılması üçün müraciət edilmişdir. Lakin inzibati xəta aradan qaldırılması təmin edilmədiyi üçün X24 İstismar İdarəsinin rəisi İlyas Səfərov tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozduğuna görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə uyğun olaraq vəzifəli şəxs qismində 23 fevral 2021-ci il tarixli MN ******* №-li protokol tərtib edilmiş və inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Vəzifəli şəxs İlyas Səfərov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş xəta törətdiyinə görə MN ******* №-li, 04 mart 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla barəsində 1,500 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Şikayəti əsassız hesab edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, MN ******* №-li, 04 mart 2021ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın İlyas Səfərova hansı tarixdə rəsmi təqdim edilməsini təsdiq edən sübut müəyyən edildiyindən həmin qərardan sonuncunun vermiş olduğu şikayət müddət ötürülmədən verilmiş hesab edilməlidir. Mövcud sübutlarla təsdiq olunur ki, “X20 İstismar İdarəsi” ASC ilə “xxxx” MMC arasında bağlanmış 09 dekabr 2020-ci il tarixli İşçi qüvvəsinin təmin edilməsinə dair saziş əsasında bağlanmış Razılaşmalar əsasında 01 aprel 2010-cu il tarixdən “X20 İstismar İdarəsi” ASC-nin əməkdaşı olan X1 və 01 aprel 2006-cı il tarixdə həmin ASC-nin əməkdaşı olan Orucov Fariz Feruz oğlunun sosial məsuliyyətin bölüşdürülməsi çərçivəsində “xxxx” ASC tərəfindən cəlb olunmuş şəxs olaraq onların “xxxx” MMC-də haqqı ödənilən ictimai işlərə keçirilməsi üçün razılığa gəlinmişdir. “X20 İstismar İdarəsi” ASC-nin rəisinin 05 yanvar 2021-ci il tarixli əmrləri ilə qeyd edilən şəxslərin hər ikisi ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən 05 yanvar 2021-ci il tarixdən əmək müqavilələrinə xitam verilməsivə onlarla son haqq hesab aparılması, onların xxxxndə işinə davam etməsi üçün keçirilməsi əmr edilmişdir. Həmin vətəndaşların müraciətləri əsasında X11 Xidməti Mingəçevir regional ərazi şöbəsi tərəfindən müvafiq araşdırılma aparılmış və müəyyən edilmişdir ki, Sevil Gülümovanın və Fariz Orucovun əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 12, 69, 83 və 172 maddələrinin tələbləri pozulmuşdur və bu barədə 23 fevral 2021-ci il tarixdə protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, bu barədə “X20 İstismar İdarəsi” ASC-nin rəisinə məlumat verilmişdir. İnzibati araşdırmanın nəticəsi olaraq MN ******* №-li, 04 mart 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə “X20 İstismar İdarəsi” ASC-nin rəisi X17 Xətalar Məcəlləsinin 192.6 maddəsi ilə təqsirli bilinərək 1,500 manat məbləğində cərimə edilmişdir. Qeyd edilməlidir ki, “X20 İstismar İdarəsi” ASC ilə “xxxx” MMC arasında bağlanmış 09 dekabr 2020-ci il tarixli İşçi qüvvəsinin təmin edilməsinə dair sazişin predmeti və mahiyyəti ASC-nin göstərişinə əsasən icraçı tərəfindən təşkil olunmuş X13 təqdim etdiyi işçi qüvvəsini cəlb etməkdən, habelə işəgötürən kimi Mərkəzin işçi qüvvəsinə münasibətdə əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlıöhdəliklərə görə İcraçının cavabdehlik daşımasından ibarət olmuşdur. Həmin sazişdə işçilərin işdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən işdən çıxarılması nəzərdə tutulmamışdır. Digər tərəfdən Əmək Məcəlləsinin həmin normasına görə Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsi nəzərdə tutulmuşdur. “X20 İstismar İdarəsi” ASC-nin rəisi İlyas Səfərov, işçilər Sevil Gülümova və Fariz Orucovla əmək müqaviləsinə xitam veriməsi barədə 05 yanvar 2021-ci il tarixli əmrləri verərkən müqaviləyə işəgötürərnin və ya işçinin təşəbbüsü ilə xitam verilməsini qeyd etməmiş, bunu əsaslandırmamış, işçilərə onlara düşən bütün ödəncləri tam məbləğdə işdən çıxdığı gün ödənilməsini əmrdə qeyd etməmiş, bunu təmin etməmişdir. Əmək Məcəlləsi: Maddə 12:
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Maddə 69:
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Maddə 83:
1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Madddə 172:
4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Beləliklə, tərəflərin izahatları və təqdim edilmiş sübutlarla təsdiq olunur ki, “X20 İstismar İdarəsi” ASC-nin rəisi İlyas Səfərov tərəfindən işçilər Sevil Gülümova ilə və Fariz Orucovla əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 12, 69, 83 və 172 maddələrinin tələbləri pozulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, X11 Xidməti Mingəçevir regional ərazi şöbəsi inzibati araşdırmanın nəticəsi kimi əsaslı olaraq “X20 İstismar İdarəsi” ASC-nin rəisi İlyas Səfərov tərəfindən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi qənaətinə gəlmiş və onun İnzibati Xətalar Məcəlləsinin 192.6 maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməsi barədə MN ******* №-li, 04 mart 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, şikayəti təmin edilməməli, MN ******* №-li, 04 mart 2021-ci il tarixli qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 133- 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X8 Xidməti Mingəçevir regional ərazi şöbəsinin inzibati tənbeh vermə haqqında MN ******* №-li, 04 mart 2021-ci il tarixli qərarından “X20 İstismar İdarəsi” ASC-nin rəisi X18 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər.
Sədirlik edən: Toğrul Əliyev