Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-305/2021 05.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu, Məhkəmə iclasının katibi X2 İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx xxxxx 2021-ci il tarixdə saat 23.20 radələrində yaşadığı Yevlax rayon, Gülövşə kəndində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X3 izah etdi ki, xx xxxxx 2021-ci il tarixdə təxminən saat 23.20 radələrində Yevlax RPŞ-nin PPXB-nin əməkdaşları Ravil Alışov və X6 rayonu, Gülövşə kəndi ərazisində xidmətdə olan zaman, iki nəfər şəxsin sərxoş halda 45BL834 dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı nəqliyyat vasitəsini idarə etdiklərini aşkar etmişlər. Poliş əməkdaşları həmin şəxslərə özlərini təqdim edərək, onlardan şəxsiyyəti təsdiq edən sənədləri tələb etsələr də, həmin şəxslər polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışlar. Həmin şəxslərdən biri Şəxs RPŞ-yə gətirilmişdir və bu barədə Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Ravil Alışov polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Yevlax RPŞ-də məlum olmuşdur ki, həmin şəxs Yevlax rayonu Gülövşə kəndi sakini Şəxsdur. Tərəfindən araşdırma aparılmış və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi olduğundan bu barədə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailə üzvləri ilə birlikdə Yevlax rayonu, Gülövşə kəndində yaşayır. xx xxxxx 2021-ci il tarixdə təxminən saat 23.20 radələrində yaşadığı Yevlax rayonu Gülövşə kəndində Cavid adlı həmkəndlisinə məxsus avtomobili sərxoş halda idarə etmişdir. Bunu görən polis əməkdaşları bizə yaxınlaşaraq özlərini təqdim etmiş və bizdən şəxsiyyəti təsdiq edən sənədi təqdim etməyimizi tələb etmişlər. Lakin həmin vaxt sərxoş olduğundan, polis əməkdaşlarının tələblərinə tabe olmamışdır. Etdiyi əməldən peşmandır və söz verir ki, bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmədən əməlindən səmimi peşmançılığını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Azərbaycan Respublıikası İXM-nin 535.1-ci maddəsində əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx xxxxx 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 00.00-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx xxxxx 2021-ci il tarixli 50 saylı tibbi müayinə protokolundan görünür ki, Şəxs yüngül dərəcəli sərxoş olmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib əməlindən peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti, inzibati xətanın mahiyyəti və xarakteri nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən, ağırlaşdıran halları və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 31.4, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx xxxxxxxx 1994-cü il tarixdə Yevlax rayonu, Gülövşə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Yevlax rayonu, Gülövşə kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-305/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-305/2021
05.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver