Məhkəmə qərarları › İş №3(039)-305/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-305/2022

28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-305/2022 28.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Mingəçevir şəhəri ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Yevlax Rayon Polis Şöbəsində tərtib olunmuş protokol 28 mart 2022-ci il tarixdə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 03.01.2022-ci il tarixdə, saat 01:00-da Yevlax rayonu Qaraməmmədli kəndində X2 məxsus torpaq sahəsindən dəyəri 450 manat olan bir ədəd su nasosunu oğurlamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, xırda talama, yəni oğurlama inzibati xətasını törətmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis Şöbəsinin polis sahə rəisi X5 çıxış edərək bildirmişdir ki, Şəxs Yevlax rayonu Qaraməmmədli kəndində X2 məxsus torpaq sahəsindən 03.01.2022-ci il tarixdə, saat 01:00-da dəyəri 450 manat olan bir ədəd su nasosunu oğurlamışdır. X1 ərizəsi əsasında Yevlax rayon polis şöbəsində araşdırma aparılmış və törətidilmiş əməldə cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 inzibati xəta haqqında protokola öz münasibətini bildirərək qeyd etmişdir ki, 03.01.2022-ci il tarixdə özünə məxsus torpaq sahəsinə getmiş və torpaq sahəsini suvarmaq üçün quraşdırdığı su nasosunun oğurlandığını müəyyən edərək dərhal polisə şikayət etmişdir. Bu günə qədər ona dəymiş ziyanın ödənilmədiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib vermiş olduğu izahatında göstərmişdir ki, onun mütamadi olaraq Yevlax rayonu Qaramaməmmədli kəndinə tanışları gilə gediş-gəlişi var və kəndə gedən zaman tanımadığı şəxsə məxsus torpaq sahəsində su nasosunun quraşdırıldığını görmüş və gücə gəlib həmin nasosu oğurlamaq qərarına gəlmişdir. Bu səbəbdən də o, 03.01.2022-ci il tarixdə, saat 01:00-da Yevlax rayonu Qaramaməmmədli kəndinə gedərək həmin su nasosunu oğurlayaraq tanımadığı şəxsə satmışdır. Bu günə kimi zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 26 mart 2022-ci iltarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilmişdir; 27 mart 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 03.01.2022-ci il tarixdə, saat 01:00-da Yevlax rayonu Qaraməmmədli kəndində X2 məxsus torpaq sahəsindən dəyəri 450 manat olan bir ədəd su nasosunu oğurlamışdır; 26.03.2022-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutmaq haqqında protokoldan görünür ki, Şəxs 26.03.2022-ci il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların müəyyən edilməməsini, məsuliyyəti ağırlaşdıran hal kimi inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 35 (otuz beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 26 mart 2022-ci il tarixdən saat 18:00-dan hesablansın. Şəxs vurulmuş ziyana görə 450 (dörd yüz əlli) manat məbləğində pul alınıb X2 ödənilsin. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə və Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar