Məhkəmə qərarları › İş №3(039)-306/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-306/2021

05.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-306/2021 05.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 2020-ci ilin dekabr ayında Yevlax rayonu, Yuxarı Qarxun kənd qəbirstanlığından Zərərçəkmiş şəxs mərhum valideyinlərinə məxsus qəbrin ətrafındakı dəmir barmaqlıqları oğurlamışdır. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X4 izah etdi ki, ünvan 1 ünvanda yaşayan Zərərçəkmiş şəxs xx xxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə zəng edərək, mərhum valideyinlərinə məxsus Yevlax rayonu, Yuxarı Qarxun kənd qəbirstanlığında yerləşən qəbrin ətrafındakı dəmir barmaqlıqların sökülərək aparılması barədə məlumat vermişdir. Yevlax RPŞ-nin TB-nin xx xxxx 2021-ci il tarixli qərarı ilə törədilmiş əməldə cinayət tərkibi müəyyən edilmədiyindən, cinayət işinin başlanması rədd edilmiş və naməlum şəxs və ya şəxslərin əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Tərəfindən bu barədə araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, qeyd edilən əməli törətmişdir. Zərərçəkmiş şəxs mərhum atası X2 rayon Yuxarı Qarxun kənd qəbirstanlığında dəfn olunduğunu, onun yanında isə mərhum atasının dəfn olunduğunu, atası dəfn olunan zaman həmin qəbirlərin ətrafına dəmir barmaqlıqları öz vəsaiti hesabına çəkdiyini bildirmişdir. 2020-ci ildə Yevlax rayonu Yuxarı Qarxun kənd Bələdiyyəsi dəmir barmaqlıqların sökülməsi ilə bağlı qərar verdiyindən, 2020-ci ilin dekabr ayında həmin barmaqlıqları söküb həyətinə gətirmiş, bundan sonra həmin barmaqlıqları metal qəbulu işi ilə məşğul olan tanımadığı şəxsə 45 manata satmışdır. Dəmir barmaqlıqları söküb aparan zaman və satan vaxtı Zərərçəkmiş şəxs məlumat verməmişdir və zərər çəkmiş şəxsin bundan xəbərsiz olduğunu bildirmişdir. Zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyəcəyini öhdəsinə götürür. Hazırda əməlindən peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini, İİ qrup əlil olmasını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izah etdi ki, mərhum valideyinləri və iki dayısı Yevlax rayon Yuxarı Qarxun kənd qəbirstanlığında dəfn olunmuşdur. Qəbirlər yanyana yerləşmiş və kənarları dəmir barmaqlıqlarla əhatə olunmuşdur. xx xxxx 2021-ci il tarixdə qəbirləri ziyarət edən zaman onların ətrafındakı dəmir barmaqlıqların sökülüb aparıldığını aşkar etmişdir. Qəbiristanlıqda olan molladan bu barədə məlumat aldıqda, həmin dəmir barmaqlıqların üç ay bundan əvvəl Şəxs tərəfindən aparıldığını öyrənmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 200 manat dəyərində manat maddi ziyan dəymişdir. Hazırda inzibati xəta törətmiş şəxs Şəxs şikayətçidir. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş xx xxxx 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan məlum olur ki, Zərərçəkmiş şəxs 200 manat məbləğində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati xəta haqqında protokola əlavə edilmiş əlillik vəsiqəsinin surətindən görünür ki, Şəxs İİ qrup əlildir. Azərbaycan Respublikası İXM-nin 28.4 və 30.2-ci maddələrinə əsasən inzibati xəta tənbehi ictimai işlər və inzibati həbs İİ qrup əlillərə tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 34-1-ci maddəsinə əsasən Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsinə əsasən Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və Yevlax rayon Polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib əməlindən peşmançılıq çəkməsi və İİ qrup əlil olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti və inzibati xətanın xarakteri nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, ziyanı ödəməməsini və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx xxx 1959-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri, Azərbaycan döngəsi ev 2-də qeydiyyatda olan və yaşayan inzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İXMnin 227-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 34-1-ci maddəsi nəzərə alınmaqla 200 (iki yüz) manat məbləğində ziyan alınıb Zərərçəkmiş şəxs ödənilsin. Dəymiş ziyanın ödənilməsi ilə bağlı qərarın icrası Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar