Məhkəmə qərarları › İş №3(039)-306/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-306/2025

13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-306/2025 13.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Mədətov Samir Yusif oğlunun katibliyi, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X5, X1 barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1961-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Yevlax şəhəri S.Əsgərova küçəsi ev 43-də qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş 12 fevral 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-1416/2024 saylı 20 noyabr 2024-cü il tarixli icra sənədi üzrə qeyd olunmuş torpaq sahələrindən çıxmaqdan imtina etdiyi üçün barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X9 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, Şəxs 21 yanvar 2025-ci il tarixdə izahat alınan zaman qərardan narazı olduğunu və Apellyasiya şikayəti verəcəyini bildirərək ona möhlə verilməsini istəsədə, Şəxs bu vaxta qədər heç bir sənədi şöbəyə təqdim etməmiş və icra məmuru tərəfindən müvafiq qərarın icrası ilə bağlı tədbirlər görülən zaman cavabdeh tərəfindən icra məmurlarına maneyələr törədildiyi üçün onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. X2 məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilsədə, o məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək qərarın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Borclu Şəxsnın müdafiəçisi X4 məhkəmə iclasında cavabdeh Şəxs torpaq sahəsinin boşaldılması üçün möhlətin verilməsini məhkəmədən xahiş etmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, torpaq sahəsinin boşaldılması üçün onlara 2 həftə möhlət verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 12 fevral 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-1416/2024 saylı 20 noyabr 2024-cü il tarixli icra sənədi üzrə qeyd olunmuş torpaq sahələrindən çıxmaqdan imtina etdiyi üçün barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-1416/2024 saylı 20 noyabr 2024-cü il tarixli icra sənədinə əsasən İddiaçı X7 məxsus olan Yevlax rayonu, Kövər kəndində yerləşən reyestr nömrəsi **********61 olan 5.4 ha torpaq sahəsi, reyestr nömrəsi **********67 olan 3.1547 ha torpaq sahəsi, reyestr nömrəsi **********66 olan 3.67 ha torpaq sahəsi, reyestr nömrəsi **********68 olan 12 ha torpaq sahəsi, reyestr nömrəsi **********63 olan 16.2 ha torpaq sahəsi, reyestr nömrəsi **********64 olan 1.7 ha torpaq sahəsi, reyestr nömrəsi **********62 olan 5.6 ha torpaq sahəsi, reyestr nömrəsi **********65 olan 2.98 ha torpaq sahəsinin ümumilikdə 50 ha hissəsindən cavabdeh Şəxs çıxarılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolla, icra məmuru, borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən kifayət qədər vaxtının olmasına baxmayaraq yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-1416/2024 saylı 20 noyabr 2024-cü il tarixli icra sənədinin icrasını təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Belə ki, məhkəmə aktını icra etmək üçün Şəxs kifayət qədər vaxta malik olmasına baxmayaraq bunu etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, borclunun icra sənədinin üzürsüz səbəbdən icra etməməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapdığından, bu isə öz növbəsində inzibati məsuliyyətə səbəb olduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakteri, hazırkı iş üzrə sonuncunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirməklə Şəxs barəsində göstərilən maddənin sanksiyasının daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar