Məhkəmə qərarları › İş №3(039)-311/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-311/2025

11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-311/2025 11.03.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Azərbaycan Respublikasının Dövlət X7 Regional Reklam İdarəsinin rəisi X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala, Yevlax Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Yevlax Rayon Məhkəməsinə Şəxs oğlunun Azərbaycan Respublikası İXM-in 428.7.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsindən inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə 06 fevral 2025-ci il tarixdə X3 Yevlax şəhəri H.Əliyev prospektində yerləşən «Sevil» gözəllik mərkəzinin fasadında müvafiq icazə almadan reklam yerləşdirdiyi müəyyən edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsinin rəisi X5 verdiyi izahatında göstərmişdir ki, açıq məkanda reklam sahəsində keçirilən monitorinq zamanı, yəni 14 yanvar 2025-ci il tarixdə Yevlax şəhəri H.Əliyev prospektində yerləşən «Sevil» gözəllik salonunun icazəsiz açıq məkanda reklam yayımı halı müəyyən edilmişdir. Bu barədə həmin tarixdə 00321 saylı akt tərtib edilmiş və Şəxs açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının 5 (beş) gün müddətində aradan qaldırılması barədə yazılı göstəriş verilmişdir. Lakin həmin müddət ərzində Şəxs müafiq icazə almaq üçün Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsinə müraciət etməmişdir. 06 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsinin nümayəndələri tərəfindən təkrarən həmin obyektə baxış keçirilmiş, lakin Şəxs qanunsuz reklam yayımlamasını davam etdirdiyi müəyyən edilmişdir. Buna görə də, barəsində Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protkol tərtib edilərək, baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, Şəxs 428.7.1-ci maddəsi ilə inzibatı məsuliyyət cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməli tbrətməsi inzibati xəta haqqında protokolla və eləcə də, işin digər materialları ilə tam təsdiq edilmişdir. Belə ki, işə əlavə edilmiş 14 yanvar 2025-ci il tarixli, 00321 saylı aktdan görünür ki, Yevlax şəhəri H.Əliyev prospektində fəaliyyət göstərən “Sevil” gözəllik mərkəzinin müvafiq icazə sənədi olmadan açıq məkanda reklam yayımlaması faktı aşkar olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının Dövlət X7 Regional Reklam İdarəsi tərəfindən Şəxs göndərilmiş açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldarılması barədə xx.xx.2025-ci il tarixli yazılı göstərişdən görünür ki, Şəxs açıq məkanda yayımlanan reklamın yayımının dərhal dayandırılması və «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icazənin alınması üçün 5 (beş) gün müddətində Azərbaycan Respublikasının Dövlət X4 Regional Reklam İdarəsinə müraciət etməsi tələb olunmuşdur. İşdə olan xəbərnamənin surətindən görünür ki, Şəxs ünvanlanmış göndəriş 28 yanvar 2025-ci il tarixdə təyinatı üzrə çatdırılmışdır. «Reklam haqqında» Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. «Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası» nın 2.10.2-ci bəndinə əsasən reklam yayıcısı ilə icazə müqaviləsi bağlanılır. Həmin Qaydanın 2.11-ci bəndinə əsasən icazə reklam yayıcısının tələbatına uyğun, lakin bir ildən artıq olmayan müddətə verilir. Bu Qaydanın 2.2.6-cı yarımbəndində nəzərdə tutulmuş əmtəələrə münasibətdə icazə müvafiq lisenziyada (sertifikatda və ya digər icazədə) müəyyən edilmiş müddətdən artıq verilə bilməz. Həmin Qaydanın 3.2-ci bəndində əsasən müvafiq qurum açıq məkanda icazə əsasında və bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yayımlanan reklamın bu Qaydanın 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq qurum yoxlama zamanı pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim edir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən reklam yayıcısının, bu Qaydanın 3.2-ci bəndinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq, pozuntuların aradan qaldırıldığı barədə müvafiq quruma məlumat verdiyi tarixdən, belə məlumatın verilmədiyi hallarda isə həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı tarixdən ən geci 3 iş günü ərzində müvafiq qurum pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır. Həmin Qaydanın 3.5-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: 3.5.1. reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); 3.5.2. bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən onun vəzifəli şəxs olmasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsinə əsasən Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsi ilə təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar