Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-312/2019 24.04.2019 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, X2 katibliyi ilə, xx.xx.1981-ci ildə Gədəbəy rayonu, Zəhmət kəndində doğulmuş, Gədəbəy rayonu, Zəhmət kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-cimaddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında işin materiallarında olan 012437 nömrəli xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx xxxxx 2019-cu il tarixdə saat 11:50-də Yevlax şəhərində reyd zamanı Şəxs “Ford Transit” markalı, **-HO-*** dövlət nömrə nişanlı yük avtomobili ilə qanunsuz yükdaşıma fəaliyyəti göstərərkən qanunvericiliklə müəyyən edilmiş sənədlərini (fərqlənmə nişanı, texniki və tibbi müayinə kartı) təqdim etməkdən imtina edərək tabeçilik göstərməmişdir. Buna görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında X1 Xidmətinin məsləhətçisi X3 tərəfindən xx.xx.2019-cu il tarixində 012437 nömrəli protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və X1 Xidmətinin nümayəndəsiməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə edilir. İnzibati xəta haqqında işə baxılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, nəzərə alaraq ona cərimə növündə tənbeh verilməsini məqsədə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115-cimaddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(039)-312/2019
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-312/2019
24.04.2019 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver