Məhkəmə qərarları › İş №3(039)-312/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-312/2021

15.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-312/2021 15.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 X10 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 X10 və Təbii Sərvətlər İdarəsinin xx xxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından X12 oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 X10 və Təbii Sərvətlər İdarəsinin rəisi X9 tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmiş MN ******* saylı inzibati xəta haqqında qərar ilə X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 1000 manat məbləğində cərimə edilmişdir. Səlahiyyətli orqanın qərarına görə, xx.xx.2021-ci il tarixdə Yevlax rayonu Xanabad kənd ərazisində su anbarının sol sahilində X8 atasına məxsus ov silahı ilə ov edərkən saxlanılmışdır. Bununla əlaqədar səlahiyyətli orqan tərəfindən xx.xx.2021-ci il tarixdə MN ******* saylı protkol tərtib edilmiş və həmin protokol əsasında əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 X10 və Təbii Sərvətlər İdarəsinin rəisi Rafiq Ədilov tərəfindən xx.xx.2021-ci tarixli MN ******* saylı inzibati xəta haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə X8 1000 manat məbləğində cərimə edilmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar çıxarılmış X12 oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 X10 və Təbii Sərvətlər İdarəsinin rəisi Rafiq Ədilov tərəfindən xx.xx.2021ci il tarixdə qəbul edilmiş MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X8 şikayətini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 X10 və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında MN0758675 saylı, xx xxxx 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinib atasına məxsus ov silahı müsadirə edilməklə 1000 manat inzabati cərimə edilmişdir. O, bu qərarı ədalətsiz bir qərar hesab edir. Belə ki, 1000 manat məbləğində cərimənin ondan tutulması üçün heç bir əsas yoxdur. Ov tüfəngi sənədlə atasına məxsusdur. Bunu regional idarənin əməkdaşları özləri də gördü. Ov qaydalarını pozmamışdır. O, həmin əraziyə odlu silahla ov etməyə getməmişdir. Sadəcə atasının maşınını götürdüyü üçün silahı da yaddan çıxıb maşında qalmışdır. 8 X10 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onu saxlayaraq ov qaydalarını pozduğunu, qanunsuz ov etdiyini və silahın ona məxsus olmadığını bildirərək, ov silahını müsadirə etməklə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3cü maddəsinə əsasən 1000 manat inzibati cərimə yazmışlar. Hesab edir ki, ov ərazisinə daxil olsa belə, ona daha yüngül inzibati tənbeh növü olan xəbərdarlıq edilməlidir. Ona görə də, 8 X10 və Təbii Sərvətlər İdarəsinin inzibati xəta haqqında xx xxxx 2021-ci il tarixli qərarının ləğv edilməsi üçün şikayətlə məhkəməyə müraciət etməli olmuşdur. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X12 oğlu şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə dostları ilə birlikdə Yevlax rayonu Xanabad kəndi ərazisində su anbarının sol sahilində yerləşən onlara məxsus yatağa gedərkən 8 X10 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onun idarə etdiyi avtomobili saxlayaraq ov qaydalarını pozduğunu, qanunsuz ov etdiyini və silahın ona məxsus olmadığını bildirdikdə o, həmin inspektorlara ərazidə yerləşən yataqlarına getdiklərini, ov etmədiklərini, avtomobilində ov silahından başqa heç bir ov məhsulunun olmadığını bildirmişdir. Lakin həmin inspektorlar ov silahından barıt qoxusunun gəlməsini bəhanə gətirərək ona həmin qoxunun ov etməsinə dəlalət etdiyini bildirərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən 1000 manat inizibati cərimə tətbiq etmişlər. O, həmin ərazinin ov ərazisi olduğunu bilməmişdir, həmin ərazidən özlərinə məxsus fermaya(yatağa) getmək üçün istifadə etmiş və avtomobilini həmin ərazidə saxlamamış, ov silahını maşından çıxarmamış, və ya atəş açmamışdır. O, avtomobilini yalnız səlahiyyətli orqanın nümayəndələrinin saxla əmrindən sonra saxlamışdır. Avtomobilindən ov silahının çıxması onun ov etmək istəyi kimi qəbul olunmuşdur ki, bunun da heç bir əsası yoxdur. Bilməyərək ov ərazisinə daxil olsa belə, ov etməmiş və avtomobilinə baxış zamanı heç bir ov məhsulunun olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinməsi əsassızdır. Ov silahı atasına məxsusdur və onun sənədi var. Əgər silahın saxlanılması qaydaları pozulmuş olsaydı, onda onun silahı qanunsuz saxlamağa görə məsuliyyətə cəlb edilməsi daha qanuni olardı, nəinki heç bir əsas olmadan qanunsuz ov etməyə görə məsuliyyətə cəlb edilməsi. Hesab edir ki, tərəfindən heç bir pozuntuya yol verilməmişdir və buna görə barəsində tərtib edilmiş qərar ləğv edilməlidir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 X10 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 Ruslan Əfqan oğlunun şikayətinin tamamilə əsassız olduğunu qeyd edib bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 X10 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Yevlax rayonu Xanabad kənd ərazisində su anbarının sol sahilində xidmətdə olarkən “MİTSUBİSHİ PİKAP” markalı ** LB *** nömrə nişanı olan avtomobilin həmin ərazidə hərəkətdə olduğunu görüb həmin avtomobilin sərnişinlərinin ov etdiyini güman edərək həmin avtomobili saxlayıb baxış keçirmişlər və avtomobildən bir ədəd ov silahı aşkar olunmuşdur. Ov silahına dair sürücüdən sənədləri tələb etdikdə o, silahın atasına məxsus olmasını və avtomobildə unutduğunu bildirmişdir. Bundan sonra silaha baxış keçirərkən silahın kabrodan çıxarılmış vəziyyətdə olması müəyyən edilmişdir. Qeyd edilən hallar isə vətəndaşın ov etməsinə dəlalət etdiyindən barəsində inzibati tənbeh tətbiq edilmişdir. X4 şikayətinin əsassız olduğunu və təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixdə Yevlax rayonu Xanabad kənd ərazisində su anbarının sol sahilində X8 atasına məxsus ov silahı ilə ov edərkən saxlanılmışdır; MN seriyalı ******* nömrəli xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixdə Yevlax rayonu Xanabad kənd ərazisində su anbarının sol sahilində X8 atasına məxsus ov silahı ilə ov edərkən saxlanılmışdır nəticədə X2 Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş xəta törədilmişdir. X4 İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1000 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə şikayətçinin və inzibati orqanın nümayəndəsinin izahatını dinlədikdən sonra iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 X10 və Təbii Sərvətlər İdarəsinin rəisi Rafiq Ədilov tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi qeyd edilsə də, inzibati xətanın törədilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda qərarda Ruslan Cəfərovun təqsirli bilindiyi maddənin dispoziyasında sadalanan hansı hərəkətə görə inzibati məsuliyyətə cəlb olunması göstərilməmişdir. Əksinə, səlahiyyətli orqanın nümayəndəsi məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, Ruslan Cəfərovun ov etməsi faktı aşkar olunmamış, o, ov etmək niyyəti olduğu üçün inzibati məsuliyyətə cəlb olunmuş, onun bu niyyətdə olması isə hadisə yerində olan və təmsil etdiyi orqanın əməkdaşlarının müşahidəsi nəticəsində müəyyən olunmuşdur. X2 xəta haqqında qərarda qeyd edilmiş inzibati xətanı törətmədiyini bildirmiş, həmin xətanın mövcudluğunu inkar etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, qərarda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması qərarı qəbul etmiş vəzifəli şəxsin üzərinə düşür. Lakin səlahiyətli orqanın nümayəndəsi tərəfindən qərarın qəbul edilməsinə əsas olmuş mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı X4 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olmadığından, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 X10 və Təbii Sərvətlər İdarəsinin rəisi Rafiq Ədilov tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 X10 və Təbii Sərvətlər İdarəsinin rəisi Rafiq Ədilov tərəfindən X8 barəsində qəbul edilmiş xx xxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar