Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-312/2022 30.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis leytenantı X8 oğlunun, Zərər çəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1980-cı ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax Rayonu Aşağı Qarxun kəndində yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 24 mart 2022-ci il tarixdə gecə saatlarında X3 nəzarət etdiyi Yevlax rayonu Yuxarı Qarxun kəndində yerləşən mşə sahəsindən su nasosunu oğurlamışdır. Məhkəmə iclasında polis sahə rəisi, polis leytenantı İsmayıl Cəfərzadə izah etdi ki, Yevlax rayonu Yuxarı Qarxun kəndində yaşayan X6 24 mart 2022-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı Yevlax rayonu Yuxarı Qarxun kənd ərazisində yerləşən Meşə baxçılıq sahəsində bir ədəd əkin sahəsində istifadə edilən su nasosunun oğurlanması barədə məlumat vermişdir. Bundan sonra Yevlax Rayon Polis X4 araşdırma aparılmışdır. Yevlax Rayon Polis X5 28 mart 2022-ci il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə xırda talama inzibati xətası baş verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax Rayon Polis X2 Bölməsinə göndərilmişdir. Bundan sonra inzibati xətanı Şəxs törətməsi müəyyən olunduğundan barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, 14 mart 2022-ci il tarixdə gecə saatlarında Yevlax rayonu Yuxarı Qarxun kənd ərazisində yerləşən Meşə baxçılıq sahəsindən bir ədəd su nasosunu oğurlamışdır. Hazırda dəymiş ziyanı zərər çəkmiş şəxsə ödəmişdir. Törətdiyi inzibati xətaya görə səmimi peşmandır, bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X6 izahat verərək bildirmişdir ki, Yevlax rayonu Yuxarı Qarxun kənd ərazisində yerləşən Meşə baxçılıq sahəsində 25 ildir yaşayır. 14 mart 2022-ci il tarixdə su nasonunun oğurlanmasını aşkar etmişdir. Bundan sonra o, Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bir ədəd su nasosunun oğurlanması barədə məlumat vermişdir. Hazırda Şəxs ona dəymiş ziyanı ödəmiş və bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etdi. 28 mart 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 28 mart 2022-ci il tarixdə saat 18:30-dan inzibati qaydada tutulmuşdur. Yevlax Rayon Polis X5 təhqiqatçısı, polis mayoru X7 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28 mart 2022-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş iş üzrə inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq zərər çəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını və Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis leytenantı İsmayıl Cəfərzadənin çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə zərər çəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs heç bir şikayət və tələbinin olmamasını bildirmiş və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda həmin iş üzrə icraata xitam verilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərardan 10 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-312/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-312/2022
30.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver