Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-314/2025 17.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Mədətov Samir Yusif oğlunun katibliyi, Yevlax rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis polis kapitanı X1, Zərərçəkmiş şəxs X2 inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax şəhəri Ə.Bayram küçəsi ev 41-də yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli 17 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə tanıdığı X3 xəsarət yetirmişdir. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis Şöbəsinin polis sahə rəisi, X4 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə tanıdığı X3 xəsarət yetirmişdir. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında vermiş olduğu izahatında göstərmişdir ki, X3 heç bir xəsarət yetirməmişdir. O, cinayət işinin başlanması rədd edilməsi barədə qərardan narazı olduğunu təhqiqatçıya bildirmiş, həmin qərarın ona rəsmi qaydada verilmədiyini, özünün şahidlərinin olduğunu bildirərək həmin qərardan şikayət vərəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, 15 yanvar 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin inzibati binasını tərk etdikdən sonra keçmiş həyat yoldaşı Şəxs onu döymüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: MN seriyalı ******* nömrəli 17 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə tanıdığı X3 xəsarət yetirmişdir. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. cinayət işinin başlanmasının rədd edilməsi barədə 26 yanvar 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır; Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud tərtib edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Odur ki,həmin protokol cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar əsasında tərtib olunduğundan və Şəxs həmin qərardan şikayət verəcəyini bildirdiyindən obyektiv qərar qəbul etmək mümkün olmadığından, qeyd olunanları məhkəmə inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirməklə işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyri-mümkün hesab edir və belə olduğu təqdirdə məhkəmənin gəldiyi qənaətə görə inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 106, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yevlax rayon Polis Şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-314/2025
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-314/2025
17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver